İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


31.05.2022  10:30 

“10 LINE” mağazası brend adı ilə... - Saxtakarlıq





A+  A-

Ölkədə istehlakçıların hüquqlarını pozan brend mağazalar sırasına biri də əlavə olunub.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən, xüsusilə də ölkədə sabitliyin tam bərpa edildiyi ötən əsrin 90-cı illərinin ortalarından sonra Bakıda dünya şöhrətli firmaların brend məhsullarının satıldığı müxtəlif firma mağazaları, butiklər fəaliyyətə başladı.

Doğrudur, həmin mağazalarda təklif edilən məhsullar əhalinin böyük kəsimi üçün əlçatmaz olsa da, bu məkanların alıcı qıtlığı yaşadığını söyləmək də doğru olmazdı. Çünki müəyyən maddi təminatı olan insanlar öz tələbatlarını, ilk növbədə, nəzərdə tutulan mağazalardakı məhsullarla ödəməyə üstünlük verirlər.

Bununla belə, brend mağazaların təmtəraqlı adları orada satılan məhsulların keyfiyyəti üçün qarant hesab oluna bilməz. Son illərdə Bakıda “Lady Sharm”, “LC Waikiki Azərbaycan”, “İdeal”, “Sabina” və başqa məşhur mağzalarda alıcılara saxta məhsullar satılmasının ifşa olunması bu məsələdə daha ehtiyatlı davranmaq zərurətini doğurur.

Ancaq saxta məhsul satışına yönəlik həyata keçirilən sərt tədbirlərə baxmayaraq, bəzi mağazalar alıcıları aldatmaqda, brend adı altında alıcılara ucuz Çin istehsalı geyimlər, yaxud da saxta parfümeriya sırımaq praktikasına son qoymaq barəsində düşünmürlər.

Qanunları pozmaq və alıcıları aldatmaq təcrübəsini davam etdirən “firma” mağazaları arasında xüsusi seçilənlərdən biri də paytaxtın “Torqovı” kimi prestijli ərazisində yerləşən “10 LINE” mağazasıdır. Keçmiş deputat və Mərkəzi Univermağın (MUM) sahibi Ərəstun Cavadova məxsus olduğu, lakin vəhhabi təriqətinə tapınmış şəxslərə icarəyə verildiyi bildirilən “10 LINE” mağazası da öz müştərilərini eninə-boyuna aldatmaqla məşğuldur.

Brend məhsullar adı ilə saxta məhsulların alıcılara sırınması, satılan məhsullara verilən müddətli qarantiyanın daha sonra inkar edilməsi və başqa neqativ hallar “10 LINE” üçün xarakterik hala çevrilib. Görünür, yuxarıda adları çəkilən mağazaların aqibəti ya “10 LINE” üçün ibrət olmayıb, yaxud da bu məkanın himayədarları onu qanunların sərt üzündən qorumaq öhdəliyini hələ ki “uğurla” yerinə yetirir.

Bütün hallarda isə zərbə yenə də vətəndaşa-alıcıya dəyir. Qazandığı pula daha keyfiyyətli məhsul almaq istəyi ilə “10 LINE” və saxtakarlığı kredoya çevirən başqa mağazalara üz tutan alıcılar bəzən aldadıldıqlarının fərqində belə olmurlar. Onlara saxta məhsul sırındığını müəyyənləşdirdikdə isə pullarını geri ala bilmirlər. Çünki “10 LINE”ın hamiləri dövlətə də, onun qanunlarına da meydan oxumaqda, istehlakçıların hüquqlarını pozmaqdadırlar…

Amma bunun sonu mütləq olacaq. Hər halda, indiyə qədər cəzalandırılan mağazaların aqibəti buna ümid yaradır.(yenicag.az)

Xəbər 1323 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +