Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


26.04.2022  12:57 

Bu hadisə Azərbaycanın sifəti, mahiyyətidir...





A+  A-

Prezident Administrasiyası İşlər İdarəsində çalışan birinin motosiklet sürücüsünü döyməsi ölkədəki korrupsiya və ondan doğan harınlıq mühitinin kiçik bir təzahürüdür.

Bu hadisə istisna deyil, Azərbaycanın sifəti, mahiyyətidir. Bahalı maşınların 99,9 faizi rüşvət və korrupsiya pulu ilə alınır. Onları sürənlərin hansını araşdırsanız, bir ucu gedib çıxacaq dövlətə və onun məmurlarına...

Bəli, biz kasıblar onların yerini dar edirik, yollarında tıxac yaradırıq. Ona görə bizə nifrət edirlər. Ancaq neyləsinlər, nökərsiz də yaşamaq çətindir. O motosiklet sürənlər olmasa, yeməyi bunlara kim daşıyacaq? Villalarının pəncərəsini kim siləcək, itlərini kim gəzdirəcək, arvadlarını parixmaxerə, fitnesə, uşaqlarını repetitora, bara, restorana kim aparacaq?

Bizim ensiz küçəylə yüzlə sürürlər. Qorxudan az qalırıq hasarın üstünə çıxaq. Mənə neçə dəfə arxadan uzun siqnal veriblər ki, kənara çəkil, halbuki çəkilməyə yer yoxdur.

Belə yerdə maşın piyadaya yol verməlidir. Amma bu əlini-qolunu ölçür. İnanın ki, boy-buxunum, cüssəm olmasa, düşüb məni də vurarlar. Allahdan bəxtim gətirib ki, 1.84-əm və istər-istəməz xofum basır...

Redaksiyadan xatırlatma: Hadisə dünən Mətbuat prospektində qeydə alınıb.

Belə ki, motosiklet sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib. Bundan hirslənən avtomobilin sürücüsü motosikleti dayandırıb.

Görüntülərdə “Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və təhqir edir.

Təəssüf ki, bütün bunlar “Lexus” sürücüsünün azyaşlı oğlunun gözləri qarşısında baş verib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, bu kadrlarda gördüyünüz "LEXUS GX460" markalı, 10VX707 dövlət nişanlı bu avtomobilin sahibi və sürücüsü Sultan Tofiq oğlu Dadaşov adlı şəxsdir. Onun Prezident Administrasiyasında çalışdığı bildirilir.

S.Dadaşov 15 noyabr 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Nadir Qocabəyli

Xəbər 7345 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +