Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.03.2022  12:10 

Son mənzilinə köç edən böyük soydaşımız...





A+  A-

Uzun illərdir Kanadada mühacirətdə yaşayan əslən Azərbaycan türkü olan İran yazıçısı Rza Bərahani 86 yaşında Toronto şəhərində vəfat edib.


1935-ci ildə Təbriz şəhərində doğulan və ibtidai məktəb dövrünün bir hissəsi Seyid Cəfər Pişəvərinin qurduğu demokratik hökumətinin dövrünə (1945-1946-cı illər) düşməsi ilə bir müddət türkcə təhsil alan Rza Bərahani, milli hökumətin süqutundan sonra ana dilində təhsil almaq imkanından məhrum qalıb. Çünki İranın Pəhləvi (şah) hökuməti məktəblərdə Azərbaycan türkcəsini qadağan edib.

Bütün bu hadisələr təbii ki, yazıçının yaddaşında silinməz izlər buraxıb və eyni zamanda onun gələcək fəaliyyətində əvəzolunmaz rol oynayıb.

Rza Bərahani Güney Azərbaycanda ana dili hərəkatının görkəmli nümayəndəsi sayılırdı.
Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilən R.Bərahani daim Pəhləvi rejiminin təzyiqlərinə məruz qalıb. Xomeyni hakimiyyətə gələndən sonra yazıçıya qarşı təzyiqlər biraz da artrıb və nəticədə o, ölkəni tərk etmək məcburiyyətində qalıb.

Biz Quzey Azərbaycanlılar onu az tanısaq da, lakin Rza Bərahani Amerika qitəsinin və Avropanın ədəbi çevrələrində böyük nüfuz sahibi idi. Bu həqiqəti onun 2001-2003-cü illərdə Kanadanın “Pen Klubu”nun (yazarlar birliyinin) sədri olması faktı da təsdiqləyir.

Yazıçı hətta bir ara ədəbiyyat sahəsində Nobel Mükafatına namizəd də göstərilib.

Rza Bərahani türk təfəkkürünü fars ədəbiyyatında inkişaf etdirən yazıçılardan olub.

O, həm romanlar, həm də şeirlər müəllifidir. Eyni zamanda bir çox ədəbi-tənqidi məqalələr yazıb. O, İranda müasir elmi ədəbi tənqidin əsasını qoyanlar arasında əsas simalardan biri sayılır.

Rza Bərahəni Cavad Heyətin Tehranda ana dilində nəşr etdirdiyi “Varlıq” dərgisində də öz məqalələrini, eləcə də türkcə, farsca, ərəbcə qarışıq yazdığı şeirlərini çap etdirib.

Rza Bərahəni fars və inglis dillərində nəşr olunmuş “Misdə qızıl“, ”Taclı hanniballar”, ”Allahın kölgəsi”, ”Yurdumun insanları”, ”Azadə xanım”, “İlyas bəy Nyu Yorkda”, “Gənc Ayazın cəhənnəm fəsilləri” kimi 20-dən çox romanın, 30-a yaxın şeir toplusunun və digər müxtəlif janrlarda yazılmış 60-dan çox əsərin müəllifidir.

“Yurdumun insanları”əsəri yazıçının doğulub boya-başa çatdığı Təbriz şəhərinə həsr olunub. Əsərdə Təbrizin tarixi. mədəniyyəti, orada yaşayan insanların milli xüsusiyyətləri, xarakterləri, məşğuliyyətləri qələmə alınıb.

”Nyu York times” qəzeti hələ 1977-cü ildə Rza Bərahaninin ”Taclı hanniballar” əsəri haqda geniş yazı dərc etmişdi. Fransa mətbuatında da onun əsərləri haqqında müxtəlif yazılar dərc olunub.

R.Bərahani əsərlərini ana dilimizdən - Azərbaycan türkcəsindən başqa fars, ərəb, ingilis və fransız dillərində yazıb.

Rza Bərahaninin romanlarındakı bütün sürətlər demək olar ki, azərbaycanlılardır. Bu da onun öz xalqına və Azərbaycan türkcəsinə olan vurğunluğundan irəli gəlib.

Mərhum soydaşımız Rza Bərahani 1995-ci ilin oktyabrında Bakıya da səfər edib.

Bəybala Mirzəyev

Xəbər 3092 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +