Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


27.12.2021  11:46 

15 yaşlı qız 4 il atası və qardaşı tərəfindən zorlanıb - Azərbaycanda





A+  A-

Azərbaycanda 15 yaşlı qız 4 il boyunca atası və qardaşı tərəfindən cinsi istismara məruz qalıb.

İstintaqın qənaətinə görə, 2006-cı il təvəllüdlü G. Fuadzadənin (şərti) anası 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Anası rəhmətə gedəndən sonra uşaq atası və qardaşı ilə birlikdə yaşayıb.


Cinayətin üstü yalnız məktəbli qızın hadisəni öz sinif yoldaşı olan qonşusuna danışmasından sonra açılıb. Belə ki, qonşu qız bu barədə anasına məlumat verib. Qadın isə olanları qızın təhsil aldığı məktəbin psixoloquna danışmağı tövsiyə edib. “Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlərlə söhbət aparmaq üçün məktəbə gələn psixoloq olanları öyrənib və bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qızın qardaşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib.

Məhkəmədə dindirilən qardaş isə ittihamları qəbul etməyib: “Ona qarşı heç vaxt əxlaqsız hərəkət etməmişəm. Bir dəfə qolunu şüşə ilə kəsmişdi. Bunun səbəbini soruşanda anama görə darıxdığı üçün etdiyini demişdi”.

G.Fuadzadə isə ifadəsində göstərib ki, atasına etiraz etsə də, gücü çatmayıb.

Məhkəmədə dindirilən qonşu qadın bildirib ki, uşaq hərdənbir onlara qonaq gəlib: "Bir dəfə mənə rəfiqəsinin telefonu ilə zəng edib “xala, məktəbə psixoloq gələcək, məni uşaq evinə verəcəklər” dedi. Ona dedim ki, hər şeyi məktəbin psixoloquna danışsın. Hadisəni ərimə danışdım. Ərim onlara gedib hadisəni uşağın öz dilindən öyrənib”.

Ekspertiza da 15 yaşlı qızın dediklərini təsdiq edib./"Qafqazinfo"

Qardaş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Məhkəmə şikayəti əsassız hesab edərək cəza müddətini dəyişdirmədən saxlayıb.

Bundan əlavə, atanın törətdiyi əməllə bağlı da ayrıca cinayət işi başanılıb və məhkəmənin hökmü ilə o da azadlıqdan məhrum edilib.

Xəbər 1259 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +