Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.12.2021  16:47 

“Nar” Bakıda yenilənmiş mağazalarını təqdim etdi





A+  A-

“Nar” pərakəndə satış şəbəkələrini yeniləməyə və müasir tələblərə uyğunlaşdırmağa davam edir.

Mobil operator paytaxtda yerləşən daha 2 mağazasını yeni konseptə uyğunlaşdırıb. Şəmsi Bədəbəyli küçəsi 106/12 (28 may metrostansiyası yaxınlığında) və Qara Qarayev prospekti 62 (Neftçilər metrostansiyası yaxınlığında) ünvanlarında yerləşən mağazalarını müştərilərinə təqdim edib.

Mağazalarda ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Həmçinin mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir. Məqsəd, mobil operatorun diler dükanlarına ziyarət edən müştərilər üstün xidmət təcrübəsi təqdim etməkdir.

Qeyd edək ki, “Nar” müştəri yönümlülük dəyərlərinə sadiq qalaraq, bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Mobil operator artıq 27 mağazasını tamamilə yeni konseptə uyğunlaşdırmaqla, ziyarətçilərin müasir üslubda məlumat və xidmət almasını təmin edir. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz.



“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Xəbər 1021 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +