Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


13.12.2021  22:41 

Rusların Qarabağdan çıxması: Moskva üçün müəmmalı gələcək





A+  A-

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni jurnalistlərin rus sülhməramlılarının 5 ildən sonra Qarabağda qalma müddətinin uzadılıb-uzadılmayacağı haqda sualına belə cavab verib:

“Hər şeyi həyat və zaman göstərəcək”.

Səfirin bu cavabı erməni ictimai rəyinə ünvanlanıb, həm də Moskvanın yanaşmasını əks etdirir.

Qarabağdakı rus sülhməramlılarının gələcək fəaliyyəti müəmmalı olaraq qalır: 10 noyabr razılaşmasına görə tərəflərdən biri istəmədiyi halda sülhməramlılar çıxmalıdır;

Ruslar çıxmaq istəmir, separatçılara dəstəyin də məqsədi budur və zaman yaxınlaşdıqca Moskva üçün Qarabağda Ermənistanın yox, separatçıların mövcudluğu prioritet olacaq.

Lakin Kopırkinin açıqlaması da təsdiq edir ki, Rusiya üçün gələcək müəmmalıdır, çünki Azərbaycanın 5 il sonra sülhməramlıların qalması üçün müraciət etməyəcəyini bilir.



İndi Bakı da, Moskva da Qarabağı sonraya sonraya saxlayır. Moskva kommunikasiyanın açılmasını cari hədəf olaraq görür, Bakı sərhədin müəyyən edilməsi və Zəngəzur dəhlizinin işə düşməsini. Xüsusilə sərhəd məsələsinin həlli Qarabağda da əlimizi gücləndirə bilər.

Lakin həm Moskva, həm Bakının Qarabağla bağlı planları var.

Rusiya 5 ildən sonra da qalmağa çalışacaq və çıxmaq məcburiyyətində qalsa, bundan daha böyük siyasi qazanc üçün istifadə etmək istəyəcək.

Azərbaycan 2025-ci ilə qədər Qarabağla bağlı üç mümkün istiqamətdə işləyə bilər:

Birincisi, oradakı ermənilərin Azərbaycan bayrağı altında yaşamağa razı salmaq: sosial-iqtisadi çətinlik buna imkan yaradır, lakin olduqca çətin məsələdir, xüsusilə həm ermənilərin, həm də rusların “birgəyaşayış” perspektivini baltalamağa çalışması fonunda;



İkincisi, Rusiyaya bölgədə uzunmüddətli qalma fürsətinin yaradılması qarşılığında Qarabağdakı mövcudluğuna son qoymaq: Azərbaycan-Ermənistan sərhədində belə bir fürsət verilə və bununla problemi daxildən sərhədə köçürmək ola bilər;

Üçüncüsü, Türkiyənin hərbi mövcudluğunu artırmaq, ruslara qarşı balansı formalaşdırmaq və 2025-ci ilə qədər separatçı-terrorçu rejimin ləğv edilməsinə, idarəetmənin bərpasına çalışmaq: sərhədin müəyyən edilməsinin aktual olduğu vaxt Türkiyənin Monitorinq Mərkəzində türk hərbçilərini aktivləşdirməsi Bakı-Ankara masasındakı planlardan biri hesab oluna bilər;

Bizi çətin və ağrılı yol gözləyir. Burada həlledici amil Bakının siyasi iradəsidir.

Asif Nərimanlı


Xəbər 902 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +