İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


23.11.2021  10:11 

Kamal Abdulla və Möhsün Nağısoylu Nadir Məmmədliyə niyə mane olurlar?





A+  A-

"AMEA Humanitar və İctimai Elmlər Bölməsinin sabiq akademik-katibi, hazırda Dillər Universitetinin rektoru Kamal Abdullayev və Dilçilik İnstitutunun direktoru vəzifəsindən yenicə sabiqləşmiş Möhsün Nağısoylu Azərbaycan Respublikası Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı 2 milyonun, bundan başqa yüz minlərlə qrantların, institutda nəşr edilən saxta kitabların, ucuz alınıb baha sənədləşdirilən lazımsız maqnitofonların, kompüterlərin, mükafatlandırılan plagiat əsərlərin, bir sözlə, dilçiliyimizin bərbad günə qoyulmasının hesabatını vermək əvəzinə, adəti üzrə, yeni direktor, professor Nadir Məmmədliyə "dəyərli məsləhətləri"ni verdilər. Sanki keçən 10 illər ərzində Dilçilik İnstitutuna rəhbərliyi bunlar deyil, Nadir Məmmədli edibmiş".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə professor İdris Abbasov çıxış edib.

İdris Abbasov yazır:

"Mən üzümü AMEA prezidenti akademik Ramiz Mehdiyevə tutub deyirəm: Möhtərəm akademik, lütfən, professor Nadir
Məmmədlinin işləməsi üçün şərait yaradın! Yığışdırın bu akademik "məsləhət verənləri", qaynadıb-qarışdıranları, dəstə yaradanları! Dilçiliyimizi qurtarın onların əlindən!



Onlara söyləyin: "Ey sizlər, bəsdirin, manipulyasiya etdiniz! Ay sanskrit dili belə, yunan dili elə. Hanı bəs? Bütün rıçaqlar əlinizdə deyildimi? Dövlətin bu istiqamətdə ayırdığı vəsaitlər necoldu?

Bir ömür boyu xəyali "qayğıkeş", "yanan-qıvrılan alim-akademik" obrazı yaradıb "Dədə Qorqudluq" etməyin elmimizə real faydası faydasızlıqmı oldu?! Hanı o pulların müqabilində "yetişdirdiyiniz şanlı mütəxəssislər"?! Elə sözdəmi qaldı? Elə iş görəniydinizsə, on illər ərzində niyə görmürdünüz?! İndi isə həqiqi iş görmək istəyənə mane olmaq istəyirsiniz! Gedin, öz işinizlə məşğul olun və son xəbərdarlığımdır!"

Ramiz müəllim, rica edirəm, akademik toxunulmazlığın olmadığını bir daha onlara izah edin və sonra belə deyin: "Nəhayət, instituta sidqi-ürəklə qədəm qoyan bir Azərbaycan aliminin böyrü üstə qoyulmuş institutu ayağa qaldırmasına və şəffaflıq yaratmasına imkan verəcəksinizmi?!"



Deyin, Ramiz müəllim, çəkinmədən deyin, dövlətçiliyimizin xətrinə deyin, dilçiliyimizin xətrinə dillənin! Əminəm ki, onlar sizi eşidəcək və dövlətdən aldıqları külli miqdarda maaş və vəzifələrlə kifayətlənib öz işləri ilə məşğul olacaq, ağır duruma saldıqları Dilçilik İnstitutunun yükünü boynuna götürməyə razı olmuş professor Nadir Məmmədliyə izafi məsləhətlər verməyəcəklər".


Xəbər 3827 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +