Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


22.11.2021  11:45 

YAP-ın 29-cu ildönümü Binəqədidə qeyd olundu





A+  A-

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin komissiya sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının şöbə müdirləri, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, şəhid ailələri və qazilər, partiyanın rayon təşkilatının fəalları və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün siyasi həmfikirlərini partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik etdi. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurulmasında, sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyası bu gün xalqın etimadını qazanan siyasi təşkilatdır.

Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında partiyanın yaranma tarixindən, o illərdə xalqımızın üzləşdiyi çox çətin və ağır günlərdən bəhs edib.

Millət vəkili Kəmaləddin Qafarov bildirib ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevə əsl qəhrəman, xilaskar kimi baxırdı və ölkəmizə rəhbərlik edəcəyi təqdirdə bütün problemlərimizin öz həllini tapacağına ümidlər bəsləyirdi.

Tədbirdə çıxış edənlər YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Vətən müharibəsinin qazisi Ruslan Şıxıyev də partiyanın cəmiyyətimizin inkişafındakı rolundan danışıblar.

Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd edib ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətimizin, xalqımızın, vətənimizin mənafeyi naminə səy göstərir.

Xəbər 2396 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +