Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


29.10.2021  17:02 

“Falçı Arzu” adlı kibercinayətkar saxlanıdı - Video





A+  A-

Vətəndaşların bank kartlarındakı məlumatları ələ keçirərək onların hesablarından oğurluq edən virtual məkanda özünü “Arsenics” kimi təqdim edən kibercinayətkar saxlanılıb.

Daxili İşlər Nazirliyindən XezerNews.az-a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, paytaxt sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Əlizamin İslamov olan şəxs müxtəlif kibercinayətkarlıq üsullarından istifadə edərək “İnstagram” sosial şəbəkəsində “baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradıb. O, guya internet üzərindən falçılıq xidmətləri təklif etməklə müraciət edən vətəndaşlara ödənişin onlayn qaydada olduğunu bildirib. Əlizamin İslamov səhifəyə müraciət edən şəxslərə müxtəlif bank və ödəniş saytlarının rəsmi prototiplərinə uyğun özünün hazırladığı saxta nümunələri təqdim etməklə zərərçəkənlərin kart məlumatlarını ələ keçirib. Araşdırma zamanı müəyyən edilib ki, adıçəkilən şəxs fəaliyyət göstərdiyi 5 ay ərzində ona müraciət edən 300-ə yaxın vətəndaşa məxsus kart məlumatlarını ələ keçirərək həmin hesablardan vəsaitləri açdığı elektron pul kisələrinə köçürüb. Daha sonra şəxsi məqsədləri üçün həmin vəsaitlərlə onlayn alış-veriş edərək pulları nağdlaşdırıb. Əlizamin İslamov bu müddət ərzində vətəndaşların hesablarından 100 min manata yaxın pulu çıxararaq xüsusi proqramlar vasitə ilə ələ keçirib. Bundan əlavə Əlizamin İslamov öz qanunsuz əməllərinin miqyasını genişləndirmək, daha çox pul vəsaiti ələ keçirmək və virtual mütəşəkkil cinayətkar dəstə yaratmaq məqsədi ilə “Telegram” ani mesajlaşma tətbiqində özünə məxsus kanal yaradıb. Orada həmin şəxs kart məlumatlarını ələ keçirmək üçün kibercinayət üsulları barədə kanalın izləyicilərinə müxtəlif onlayn təlimlər keçib.

Saxlanıldıqdan sonra onun yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə xüsusi əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefonlar, həmçinin digər məlumat daşıyıcılarından vətəndaşlara onlayn yolla göndərdiyi mesajlar və digər sübutlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs təkzibedilməz faktlar və sübutlar qarşısında törətdiyi əməlləri etiraf edib. Qeyd olunan xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində əməliyyat-texniki və əməliyyat-istintaq tədbirləri davam etdirilir: "Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanmadıqları şəxslərə göndərməsinlər. Bu cür hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər".



Xəbər 2337 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +