Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.10.2021  10:28 

Həkimlər mənimsədikləri pulun 321 min manatını ödəyib





A+  A-

Bakı şəhəri 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri və dövlət vəsaitini mənimsəmələri faktları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

XezerNews.az Baş Prokurorluğa istinadən xəbər verir ki, aparılmış istintaqla Rəsul Baxşəliyevin Bakı şəhəri 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən onun təsərrüfat işləri üzrə müavini Zinyət İsmayılova ilə əlbir olaraq həmin xəstəxananın tibb bacısı Afət İbrahimova və təsərrüfat işçisi Əli Əliyevin köməkçiliyi ilə müvafiq rəsmi sənədlərə saxta məlumatlar daxil edərək 2009-2021-ci illər ərzində qeyd edilən tibb müəssisəsində müxtəlif vəzifələr tutmaqla faktiki olaraq işə gəlməyən 36 nəfər şəxsin əmək funksiyalarını yerinə yetirməsi görüntüsünü yaratmalarına, bu üsulla həmin işçilərə məxsus olub özlərində saxladıqları plastik əməkhaqqı kartlarına köçürülmüş cəmi 626 min 844 manat məbləğində pul vəsaitini mənimsəmələrinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə əldə edilmiş sübutlar əsasında Rəsul Baxşəliyev, Zinyət İsmayılova, Afət İbrahimova və Əli Əliyev Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı vurulmuş maddi ziyanın 321 min 330 manat hissəsinin ödətdirilməsi təmin edilmişdir.

Xəbər 797 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +