Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.10.2021  13:18 

“Məndən 12 000 manat pul istədi“ - Sabiq müdirin MƏHKƏMƏSİ





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

XəzərNews xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə veriblər.

Zərəçəkmiş deyib ki, BSU-da magistr təhsili alıb: "Təhsil haqqı ödənişli olduğu üçün ildə 1 700 manat təhsil haqqı ödəməli idim. Dürdanə Əliyevaya məni çağırdı və təhsil haqqını ödədim, 3 il bu proses həyata keçirildi. Daha sonra işə düzəlmək üçün yenidən Dürdanə Əliyevaya müraciət etdim. O bildirdi ki, imtahan verim, sonra ona xəbər edim.

İmtahandan 47 bal topladım. Orta məktəbə müəllimə kimi qəbul edirdilər. Buna görə Dürdanə Əliyeva məndən 12 000 manat pul istədi. Həyat yoldaşımla birlikdə pulu gətirib Dürdanə Əliyevaya onun otağında verdim. Sentyabr ayında evimizin yanında yerləşən 99 saylı orta məktəbdə müəllimə kimi fəaliyyətə başladım. Amma məlum oldu ki, mən sosial məzuniyyətdə olan bir müəllimin yerinə müvəqqəti işə götürülmüşəm. 6 aydan sonra işdən çıxarıldım. Hazırda işsizəm. Başqa məktəbə işə düzəlmək üçün əlavə imtahan verməliyəm. Dürdanə Əliyevadan şikayətçiyəm, pulumu geri qaytarsın”.

Daha sonra digər zərərçəkmiş Səriyyə Axundova dindirilib. O söyləyib ki, 1 200 manat təhsil haqqı D.Əliyeva tərəfindən mənimsənilib: “Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr pilləsini bitirdim. Bakı Slavyan Universitetində Dürdanə Əliyeva ilə tanış oldum. Mən 1 illik təhsil proqramına daxil oldum. Dərs başlayanda Dürdanə Əliyeva məni çağırıb təhsil haqqını istədi. İlkin olaraq 1 000 manat, bir müddətdən sonra isə 200 manat pul verdim. Amma mənə təhsil haqqı ödənişi barədə heç bir qəbz vermədi. Mən ödədiyim pulun qəbzini tələb edəndə Dürdanə Əliyeva öz imzası ilə arayış verdi ki, həqiqətən məndən 1 200 manat təhsil haqqı alıb”.

Zərərçəkmiş Şəmsiyyə Hüseynova da ifadəsində bildirib ki, D.Əliyeva onun təhsil haqqını mənimsəyib: “Hər il üçün 1 500 manat təhsil haqqı ödəmişəm”.
Proses oktyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər 1302 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +