İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


05.10.2021  21:54 

İran Xarici İşlər Nazirliyində qarşıdurma: Nazir Azərbaycandakı səfirin geri çağırılmasına çalışır





A+  A-

Körfəz ölkələrinin mediası İran Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən xəbər verir ki, İranın Bakıdakı səfiri Abbas Musəvinin etnik mənşəyinə görə Azərbaycan Respublikasına rəğbət bəsləməsi Tehranda narazılıq yaradıb. Bildirilir ki, səfirlə xarici işlər naziri Hoseyn Əmir Abdullahian arasında ciddi ixtilaflar var, ona görə də səfir öz missiyasını başa çatdırmadan geri çağrıla bilər. Bununla bağlı Abdullahianın xüsusi təşəbbüsü olduğu deyilir.

İddiaya görə, ötən il A.Musəvi İranın baş diplomatiya idarəsindəki nüfuz və əlaqələrindən istifadə edərək "İranın öz müttəfiqi Ermənistanın xeyrinə müdaxilə etmə" təşəbbüslərinin qarşısını alıb. Mənbə əlavə edib ki, Musəvi İranın azəri vilayətlərindəki yüksək rütbəli din xadimləri ilə Azərbaycanın dəstəklənməsi üçün görüşlər də keçirib.

Xatırladaq ki, bundan əvvəllər də eyni nəşr İranın ali siyasi və hərbi hakimiyyətindəki mənbələrinə istinadən ciddi məlumatlar dərc edib və həmin məlumatlar sonradan öz təsdiqini tapıb.



Təxminən iki ay əvvəl Ermənistan mediası erməni iranistlərin iştirakı ilə II Qarabağ müharibəsində İranın mövqeyi ilə bağlı müzakirələr təşkil etmişdi. Həmin müzakirələrdə erməni iranistlər də İran hakimiyyətindəki, xüsusən xarici siyasət idarəsindəki "azəri lobbisi"nin Tehranın qərarlarına təsir etdiyini iddia etmişdilər.

Bu gün səhər az qala oxşar məzmunlu mətnin İran Təhlükəsizlik Şurasındakı "etibarlı mənbənin" məlumatı kimi ərəb mediasına sızdırılması düşündürücüdür. Ya erməni iranistlər də İran hakimiyyətinin sözçüsü kimi çıxış edirlər, ya da İran Təhlükəsizlik Şurası erməni iranistlərin hazırladığı mətni öz fəaliyyətləri üçün təlimat kimi qəbul edir. Həm də bu zaman "dəqiqləşdirmə" də aparılıb və erməni iranlstlərin "İran xarici siyasət idarəsindəki azəri lobbisi" dediyi mücərrəd qrup Abbas Musəvinin simasında fərdiləşdirilib.

Qeyd edək ki, A.Musəvi haqda biblioqrafik məlumatlarda Mazandaran vilayətində anadan olması göstərilir. Mazandaranda azərbaycanlılar yaşasa da, vilayətin əsas əhalisi
mazandaranilərdir (başqa adla - tapəri). Əvvəllər İranın müxtəlif ölkələrdə diplomatik korpuslarında çalışıb, XİN-in mətbuat katibi olub.



Son gərginlik zamanı iki ölkə arasında anlaşılmazlıqların diplomatik yolla nizamlanmasına çalışıb. Ola bilsin, bu təşəbbüskarlıq İran İslam İnqilabı Keşikçilərindəki "qırğılar" və onların sözçüsü kimi çıxış edən yeni xarici işlər nazirinin xoşuna gəlməyib. Amma öz diplomatının fəaliyyətindən məmnuniyyətsizliyi xarici mediaya sızdırmaqla həll etmək, bu zaman onun etnik mənşəyinin xüsusi qəbahət kimi vurğulanması İran hakimiyyətinin düşdüyü mənəvi durumu anladan yaxşı nümunə deyil.

Cəmaləddin Quliyev

P.S. Xəbər Ocaqnejadın ofisinin bağlanmasından əvvəl dərc olunub və cavab tədbiri deyil.

Xəbər 1327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +