Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.09.2021  15:13 

Bu məktəbdə şəhid adına 6 manat pul YIĞILIB - SƏSYAZISI





A+  A-

Bakı məktəblərindən birində bir neçə ay öncə baş verən rəzalətin üstü açılıb. Belə ki, Xətai rayonu Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbdə şəhid adına pul yığılıb.
Məktəb daxilində Xətai şəhidlərinin foto və bioqrafiyalarından ibarət güşə düzəldilməsi üçün hər şagirddən 6 manat pul tələb olunub.

Bəzi valideynlər pulun verilməsinə etiraz etsə də, sinif rəhbərləri valideynlərin "Watsapp” qrupuna səs göndərərək şəhid güşəsi üçün deyilən məbləği tələb etməkdə davam ediblər.

Bu barədə Bizim.Media-ya hazırda övladı ilə bağlı həmin məktəbdə problem yaşayan Zaur Əliyev bildirib. Onun sözlərinə görə şəhid adına pul yığılmasına etiraz edənlərdən biri olduğu üçün 9-cu sinifdən çıxardığı, daha sonra geri qaytardığı oğlu Qaraoğlan Əliyevi məktəbə götürmürlər:

"Oğlumu 9-cu sinifdən çıxarmışdım ki, peşə məktəbinə daxil olsun. Qəbul olmadığı üçün yenidən məktəbə qaytarmaq istədik. Məktəb direktoru Elnarə Zeynalova ərizəmi qəbul etmədi və bildirdi ki, bu məsələni yalnız Təhsil Nazirliyi həll edə bilər. Mən də Təhsil Nazirliyinə yazılı müraciət etdim. Cavab gəldi ki, uşaq imtahan verib yenidən məktəbə bərpa olunmalıdır. Məktəbdən isə Nazirliyin icazəsi ilə oğlumu götürə biləcəkləri deyilir”.

Zaur Əliyevin sözlərinə görə təxminən mart ayında məktəbdə şəhid adına 5 manat pul tələb edilib. Buna etiraz edəndə isə onun pulu geri qaytarılıb:

"Müəllimin günahı yox idi. Rəhbərlik buna icazə verməlidir. Amma direktor da boynuna götürmədi. Dediyinə görə, valideynlərlə müəllimin öz təşəbbüsüdür və pulun yığılmasından xəbəri olmayıb. Mənim şikayətimdən sonra təcili iclas keçirildi və guya pullar geri qaytarıldı. Müəllimi irəli verdi. Pulların yığılmasını təşkil edən isə əməkdar müəllim və sözün əsl mənasında zəhmətkeş insandır. Hələ bu məsələdə töhmət də aldı”.

Şikayətçi valideyn hesab edir ki, övladının yenidən məktəbə bərpa edilməməsinin səbəbi məhz şəhid adına yığılan pula etiraz etməsidir.

O, məsələnin həll olunması ilə bağlı sonadək gedəcəyini qeyd edib.

Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq./amia.az

XəzərNews xəbər verir ki, Bakı şəhəri Xətai rayonu Zakir Tofiq oğlu Yusifov adına 194 nömrəli tam orta məktəb 1941-ci ildə məktəb kimi fəaliyyətə başlayıb. 2012-ci ildə sokülmüş və yeniden tikilərək 2014-cü tədris ilində təfil verilib. Məktəbimizdə 53 sinif və bu siniflərdə 1281 şagird təhsil alır. Məktəbdə məktəbəqədər 3 qrup fəaliyyət göstərir. Məktəbdə 118 nəfər müəllim işləyir.
Son 5 il ərzində 36 şagird 500-700 bal toplamış və ali məktəblərin yüksək fakultələrinə qəbul olub.





Xəbər 2648 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +