Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


21.09.2021  21:46 

Rus general azərbaycanlıları TƏHQİR ETDİ





A+  A-

Qatı ermənipərəst və qaragüruh mövqeyi ilə seçilən rusiyalı general Mixail Moiseyev növbəti dəfə sərsəm fikirlər səsləndirib.


XəzərNews.az Milli.az-a istinadən xəbər verir ki, Ermənistanda faşist əlaltısı Qaregin Njdeyə abidə qoyulan zaman susan bu üzdəniraq hərbçi azərbaycanlıların ünvanına tənqid və təhqir səsləndirib.

İddia edib ki, Qarabağda vaxtilə faşistlərə qarşı döyüşən sovet marşalı Sergey Xudyakovun (Armenak Artemoviç Xanferyants) abidəsi "vandalcasına dağıdılıb". Halbuki həmin abidə 44 günlük müharibə zamanı elə ermənilərin özləri tərəfindən də dağıdıla bilər. Ümumiyyətlə, hələ bu faktın özü də təsdiqini tapmayıb. General "ümid edirik ki, Azərbaycan rəhbərliyi və ictimai təşkilatları bu cür iyrənc və vəhşi təzahürlərə və hər bir vətəndaş, vətənpərvər üçün əziz olan ən müqəddəs şeyə əl qaldıranlara lazımi qiymət verəcək" deyib.

Maraqlıdır, bu üzdəniraq general niyə vaxtilə işğal altında olan Azərbaycan torpaqlarında dağıdılan abidələr, Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların heykəlləri vandalcasına dağıdılanda susurdu? Çox güman ki, erməni ağalarından aldığı pulun təsirindən bunu etməyə cürəti çatmayıb. Qeyd etdiyimiz kimi, İrəvanın mərkəzində faşistlərə əməkdaşlığı tarixi faktlarla sübuta yetirilən Njdenin az qala 20 metrə çatan abidəsi ucaldılıb. Abidənin qoyulmasından isə 6 ilə yaxın vaxt keçir.

Düzdür, bir neçə il əvvəl Rusiyanın müxtəlif dairələrində Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına qarşı çıxışlar oldu. Lakin 44 günlük müharibəyə qədər. Müharibədən sonra Rusiya rəsmiləri bu abidə barəsində bir kəlmə olsun belə danışmaq istəmirlər. İndi isə Rusiyanın qaragüruhçu bir hərbçisi faktları araşdırmadan, abidənin hansı şəraitdə dağıdılmasına toxunmadan belə bir cəfəng təhqir və tənqidlər səsləndirir.

Xəbər 2942 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +