Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


20.05.2021  12:32 

Azərbaycan XİN Hindistana cavab verdi





A+  A-

"Birinci növbədə vurğulamaq istərdim ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələlərinin əsas səbəbi Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal etməsidir. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan Ermənistandır. Azərbaycan isə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Rəsmi şəkildə bəyan edildiyi kimi, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir və bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir. Son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilib".
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

"İkincisi, son 30 ildə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı hər hansı çağırış etməyən Hindistan Xarici İşlər Nazirliyinin indi qüvvələrin geri çəkilməsindən danışması olduqca qəribədir. Aydındır ki, bu son açıqlama məsələnin müxtəlif cəhətləri hərtərəfli araşdırılmadan verilib.

Xatırlatmaq istərdim ki, Azərbaycan həmişə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına çağırıb və çağırmaqda davam edir. İnanırıq ki, qarşılıqlı hörmət və bu prinsiplərə ciddi riayət edilməsi, hər hansı bir mübahisənin həllinin və sözün əsl mənasında yaxşı qonşuluq münasibətləri qurmağın yeganə yoludur.

Onu da qeyd etməliyəm ki, Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan Bandunq prinsiplərinin təşviqini özünün sədrlik prioritetlərindən biri kimi müəyyən etmişdir. Bu prinsiplər beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin inkişafına töhfə verir və beynəlxalq hüquq normaları və prinsiplərinə hörməti təmin edir. Qoşulmama Hərəkatı çərçivəsində birliyə zərər verən hər hansı cəhdlər qəbuledilməzdir", - L.Abdullayeva bildirib.

Xəbər 1859 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +