Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


03.05.2021  16:54 

Baş nazirdən orqan donorluğu ilə bağlı - QƏRAR





A+  A-

İnsan orqanı və toxumalarının donorluğuna və transplantasiyasına dair bəzi dəyişikliklər edilib.
XəzərNews.az bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarında edilən dəyişikliklərdə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun yeni redaksiyasına əsasən “əzalar” ifadəsi “orqan” ifadəsi ilə, daha əvvəl qüvvədə olan Qanunda istifadə olunan “konservasiya” ifadəsi yeni Qanuna uyğun olaraq “götürülmə, hazırlanma və saxlanma” ifadəsi ilə əvəz edilib.

“Konservasiya” anlayışı yalnız “qan”a münasibətdə saxlanılıb. Belə ki, mövcud qanunvericiliyə əsasən qan tədarük və konservasiya olunur, orqan və toxumalar isə götürülür, hazırlanır və saxlanılır.

Digər qərar ilə Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində əlaqələndirici qurumun səlahiyyətlərini həyata keçirən publik hüquqi şəxs statuslu “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” həyata keçirəcək.

Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı müəyyən olunacaq.

Eyni zamanda, donor müayinəsi, orqan köçürülməsi və sonrakı tibbi yardımın maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilib.

Qərara əsasən, sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər üçün donor müayinəsi, habelə orqan köçürülməsi və ondan irəli gələn sonrakı tibbi yardım icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edildiyi halda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfi çərçivəsində, bu nəzərdə tutulmayan hallarda isə orqan donorluğu və transplantasiyanın maliyyələşdirilməsi qanunla qadağan olunmayan mənbələr hesabına həyata keçiriləcək.

Transplantasiya məqsədilə canlı, meyit donordan alınan orqan və toxumalar fərqləndirilib.

Xəbər 1912 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +