Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


27.04.2021  09:17 

Böyük Britaniya 14 rusiyalıya qarşı sanksiyalar tətbiq etdi





A+  A-

Rusiyanın 14 vətəndaşı hüquqşünas Sergey Maqnitski işi ilə əlaqədar Böyük Britaniyanın yeni beynəlxalq anti-korrupsiya sanksiyaları altına düşüb.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı sanksiya siyahısından aydın olur.

Siyahıda aşağıdakı şəxslər yer alıb:

Vergi Cinayətləri ilə Mübarizə İdarəsinin rəhbərinin müavini Artyom Kuznetsov;

İstintaq Departamentinin keçmiş müstəntiqi Pavel Karpov;

müstəntiqlər Stanislav Qordiyevski və Oleq Urjumtsev;

paytaxt vergi müfəttişliklərinin rəhbərləri Olqa Stepanova (və onun həyat yoldaşı Vladlen Stepanov) və Yelena Ximina;

hüquqşünaslar Andrey Pavlov və Yuliya Mayorova;

“Qrand-Aktiv”in baş direktoru Aleksey Şeşenya;

sahibkarlar Vyaçeslav Xlebnikov və Viktor Markelov;

“Universal əmanət bankı”nın əməkdaşları Dmitri Klüyev və Gennadi Plaksin.

Britaniya sanksiya siyahısında göstərildiyi kimi, adıçəkilən şəxslərə qarşı restriktiv tədbirlər 2007-ci ildə vergilərin qaytarılmasında dələduzluq sxemi vasitəsilə Rusiya Federasiyasının 230 milyon dollar ekvivalent məbləğində dövlət vəsaitinin oğurlanması səbəbindən tətbiq edilib. Bu vəsaitin bir hissəsi xaricə çıxarılıb.

Ümumilikdə isə dərc edilmiş siyahıda altı ölkədən 22 nəfərin ad-soyadı var. Siyahıda Qvatemala, Honduras, Nikaraqua, Sudan, Cənubi Afrika vətəndaşlığı olan şəxslər də yer alıb.

Belə ki, “qara siyahı”ya Qvatemala Konqresi (ölkənin birpalatalı parlamenti) sədrinin birinci müavini Felipe Alehos Lorensana və “Albanisa” şirkətinin vitse-prezidenti və Nikaraqua Sandinista Milli Azadlıq Cəbhəsinin keçmiş xəzinədarı Xose Fransisko Lopes Senteno daxil ediliblər.

Onların Böyük Britaniya ərazisində aktivləri aşkar edildikdə dondurulacaq, Krallığın ərazisinə girişi qadağan edilib.

Maqnitski işi

2008-ci il noyabrın 24-də “Firestone Duncan” auditor şirkətinin 37 yaşlı idarəedici tərəfdaşı, “Hermitage Capital” fondunun auditoru Sergey Maqnitski vergidən yayınmaq ittihamı ilə saxlanılıb. Noyabrın 26-da Moskvanın Tver Məhkəməsinin qərarı ilə həbs edilib. 2009-cu ilin oktyabrında istintaq ona və Fondun təsisçisi Uilyam Brauderə 522 milyon rubldan çox vergidən yayınmamaları ilə bağlı ittiham irəli sürüb. “Butırka” istintaq təcridxanasında 11 ay həbsdə saxlanıldıqdan sonra o, 16 noyabr 2009-cu ildə “Matrosskaya tişina” istintaq təcridxanasının intensiv terapiya palatasında vəfat edib. Maqnitski haqqında cinayət işinə həmin il noyabrın 30-da onun ölümü ilə əlaqədar xitam verilib.

Xəbər 1117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +