Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.02.2021  18:35 

Sayğac əvəzlənməsi zamanı seçim abonentlərin ixtiyarına verildi





A+  A-

Müştəri məmnuniyyətini daim üstün tutan “Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən dövlət yoxlanışı üçün sayğacları əvəzləyərkən seçimi abonentlərin ixtiyarına verib. Yəni, abonent əvəzlənəcək sayğacının yerinə tam sərbəst şəkildə ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac istəyə bilər.
Qurumun Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, bu gün Birliyin əməkdaşları əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı yeni sayğacların quraşdırılması zamanı da bu cür yanaşma nümayiş etdirib. Bundan başqa bir müddət əvvəl istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də bu gündən yeni, əvvəlcədən ödənişli sayğaclar quraşdırılır. Baxmayaraq ki, bu iddialar təsdiqini tapmamışdı, lakin abonent məmnuniyyətini üstün tutaraq “Azəriqaz” İB belə addım atıb.

Qeyd edək ki, artıq əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı yeni sayğacların 30 min ədədi ölkəyə gətirilib. Daha 30 min ədədi isə sifariş olunub və bu yaxınlarda təhvil alınacaq. Hər gün istismara verilməzdən əvvəl sayğaclar Birliyin Metrologiya Departamentində müasir avadanlıqlarla təchiz olunan laboratoriyada sınaqdan keçirilir. Gündəlik təqribən 500 ədəddən çox sayğac əvəzlənmə əməliyyatları üçün hazır olunur. Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qaydalara əsasən məişət qaz ölçü qurğuları əhali abonent qrupu üçün 5 ildən bir, qeyri-əhali abonent qrupu üçün 3 ildən bir dövlət yoxlanışına açılaraq götürülür, yerinə yenisi quraşdırılır. Bu proses tam ödənişsizdir.

Regionlarda da yeni “Zenner” sayğaclarının quraşdırılması üçün müəyyən qədəri bu gün Gəncə və Ağsu şəhərlərinə yola salınıb. Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriyə sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar.

Xəbər 1571 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +