Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.12.2020  15:54 

Ərdoğandan ABŞ-ın sanksiyalarına sərt reaksiya





A+  A-

“Bu, ilk dəfə NATO üzvü olan ölkəmizə tətbiq olunur. Bu nə cür bir ittifaqdır?”
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün tikintisi başa çatmış Ankara-Niğde avtomobil yolunun açılış mərasimindəki çıxışında deyib.

Ərdoğan ABŞ-ın sanksiya qərarı ilə Türkiyəni asılı vəziyyətə gətirməyə çalışdığını və bu qərarın müttəfiqlik prinsipinə zidd olduğunu qeyd edib.

“Qanuni əsaslarla ölkəmizə qarşı mübarizə apara bilməyənlər sanksiyalarla bizi yolumuzdan döndərməyə çalışırlar. Dünən ABŞ sanksiyaları elan edildi. Bunu çox açıq şəkildə ifadə edirəm, bu günə kimi “CAATSA” heç bir ölkəyə tətbiq edilməyib. Bu, ilk dəfə NATO üzvü olan ölkəmizə tətbiq olunur. Bu nə cür bir ittifaqdır? Qərarın səbəbi nədir? Qərarın səbəbi “S-400”ü almağımızdır. Türkiyə bu yola niyə baş vurub? Çünki ABŞ Türkiyəyə hava hücumundan müdafiə sistemlərini vermədi. Bizi yenidən özlərindən asılı vəziyyətə gətirmək istəyirlər”,- deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan çıxışında bu cür sanksiyaların Türkiyəni yolundan döndərməyəcəyini, bundan sonra ölkənin müdafiə sənayəsindəki müstəqilliyini daha da artırmalı olduğunu qeyd edib:

““S-400” bir problem olmasaydı, oxşar vasitələrdən istifadə ediləcəyi başa düşülürdü. İndi nə olacaq, öz işimizə baxacağıq. Müdafiə sənayemizi tamamilə müstəqil etmək üçün 2 qat daha çox çalışacağıq. Müdafiə sənayesi rəhbəri İsmail Dəmir və komandasını daha çox qoruyacağıq. Vəqflər, dövlət və özəl şirkətlərlə daha yaxın olmağa davam edəcəyik. Türkiyə Kipr əməliyyatı sonrasında da sanksiyalara məruz qalmışdı. Artıq Türkiyə bu cür sanksiyalarla ilişib qalmaq mərhələsini keçib”.

Xəbər 2001 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +