Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.07.2020  17:19 

Azərbaycana 168 min fərdi qoruyucu vasitə gətirildi





A+  A-

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən (ÜST) həyata keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində Azərbaycandakı tibb işçilərinə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar ölkəyə gətirilib.
Ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır. Bu virusla ön cəbhədə mübarizə aparan tibb işçilərinin təhlükəsizliyi üçün göndərilən bütün avadanlıqların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsi yoxlanışdan keçirilib.

XəzərNews.az-ın məlumatına görə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərtac-a bildirib ki, iki illik layihənin birinci hissəsində səhiyyə sisteminin gücləndirilməsinə yardım etmək nəzərdə tutulub: “Bundan sonra da ölkəyə fərdi qoruyucu vasitələr gətiriləcək. Layihənin ikinci hissəsi səhiyyə sisteminin potensialının artırılmasına yönələcək. Bu, ümumi qlobal çağırışdır. Bu yardım Şərq Tərəfdaşlığının digər ölkələrinə də göstərilir. Növbəti iki ildə də həmin yardımlar davam edəcək. Lakin bilmək lazımdır ki, virusla mübarizə üçün hər kəs öz davranışına cavabdeh olmalıdır. Biz gərək məsuliyyətli davranaq ki, onunla düzgün mübarizə aparaq və sonda qalib ayrılaq. Aİ bir çox sahələrdə Azərbaycana yardım edir. Budəfəki yardım isə səhiyyə ilə bağlıdır”.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, iki il davam edəcək layihə çərçivəsində həm ölkəyə qoruyucu vasitələr gətiriləcək, həm də Azərbaycan hökuməti ilə texniki cəhətdən əməkdaşlıq olunacaq: “Pandemiya ilə mübarizənin ön cəbhəsində həkimlər və tibb işçiləri yer alırlar. Fərdi qoruyucu vasitələr onların virusdan qorunması üçün önəmlidir. Sadəcə maska taxmaq deyil, onu düzgün və yerində taxmaq da vacibdir. Bununla bağlı təlimlər keçirilir. Həmin təlimlər yenə də davam etdiriləcək”.

Qeyd edək ki, həmin fərdi qoruyucu vasitələr bu gündən etibarən pandemiya ilə mübarizəyə ayrılmış tibb müəssisələrinə paylanılacaq.

Xəbər 1121 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +