İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


24.06.2020  11:09 

Koronavirusa yoluxmuş bacı-qardaş jurnalistlər: “Biz normal müalicə almaq istəyirik!”





A+  A-

Koronavirusa yoluxmuş bacı-qardaş jurnalistlər -“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və “Cebhe.info” saytının müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşının vəziyyəti ağırlaşıb.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a M.Abdulla özü məlumat verib.

M.Abdulla qeyd edib ki, təcili yardıma xəstəxanaya yerləşdirilmələrini istədiklərini bildirsələr də, briqada onları “Atletlər kəndi”nə gətirib:

“Dünəndən burdayıq, amma hansısa müayinə aparılmayıb. Sadəcə, soruşublar ki, “şikayətiniz nədəndir?”. Bura sırf karantin şəraitidir, hansısa müayinə və müalicə aparılmır. Gecə hərarətim 39 idi, kəskin öskürək və boğulmadan əziyyət çəkmişəm. Yoldaşımın ağciyərləri kəskin pnevmoniyadır, bacım isə yüksək temperaturda halsız vəziyyətdə uzanır. Gecə xahiş edəndən sonra mənə iynə vurdular, ondan sonra hərarətim düşdü, nisbətən özümə gəldim”.

Jurnalist normal xəstəxanada müalicə olunmaq istədiklərini dilə gətirib:

“Biz buradan çıxmaq, normal müalicə almaq istəyirik. Amma bizi buradan buraxmırlar. TƏBİB rəhbərliyinə Mətbuat Şurası, bizim redaksiya rəhbərliyi səviyyəsində müraciət ünvanladıq. Bizə gəlib dedilər ki, nə lazımdırsa, olunacaq, amma narazılığınızı bildirməyin. Amma deyim ki, xüsusi müalicə və müayinə aparılır, yox”.

Onun sözlərinə görə, ailədə ilk yoluxan həyat yoldaşı olub:

“Yoldaşım gözəllik salonunda çalışır. Ona da iş yoldaşlarından keçib. Yoldaşımdan sonra mən və bacım yoluxduq. Karantin yumşaldılandan sonra bəzi iş yerləri açıldı, ona görə də yoluxma artır. Biz Ağciyər Xəstəlikləri İnstitutunda tomoqrafiya olunmuşuq. Bizə deyiblər ki, 5 nömrəli xəstəxananın həkimi Fazil müəllim bizim müalicəmizlə məşğul olacaq, amma hələ heç nə görməmişik. Nə rentgen, nə hansısa aparatla müayinə aparılıb”.

“Cebhe.info” saytının rəhbəri Rafael Becanov isə bildirib ki, redaksiya olaraq TƏBİB-lə əlaqə saxlayıblar:

"Anlayış göstərdilər. Vəziyyətin araşdırıldığı, lazmi tədbirlərin görüldüyü deyildi. Xüsusən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bu məsələnin şəxsən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının nəzarətində olduğunu bildirdi. Gərəkən bütün tədbirlərin alınacağı, vəziyyətə uyğun qərar veriləcəyi söylənildi".

Xəbər 1340 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +