Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


18.06.2020  12:56 

Qızdırması 37 olanlar koronavirus testindən keçməlidirmi? - RƏSMİ CAVAB





A+  A-

"Hər bir tənəffüsündə problemi olan və ya temperaturu olana koronavirus demək düzgün deyil".
XəzərNews.az xəbər verir ki, bunu açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, son zamanlar bu istiqamətdə 103 Təcili Tibbi Yardım xidmətinə zənglərin sayı həddən artıq çoxalıb: "Zəng edirlər ki, 37.1 temperaturum var. Koronavirus testindən keçimmi? İş yerindən məcbur edirlər. Bu əslində yol verilməzdir. 37.1.2 temperatur deyil.

Əgər heç bir əlavə simptomlar yoxdursa, öskürək, əzələ ağrıları, ciddi halsızlıq, təngənəfəslik yoxdursa, koronavirus testindən keçməyə ehtiyac yoxdur. Əgər bu simptomlar varsa, ona görə koronavirus testindən keçmək olar.

Lakin yalnız 37.1 qızdırmaya görə testdən keçmək düzgün deyil. Onda gərək 10 milyon əhali hər gün gedib testdən keçsin. Çünki temperatur gün ərzində səhər 37.1.2-yə qalxır, sonra axşamlar düşür".

Xəbər 1772 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +