Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


17.06.2020  11:34 

Sərhəddə baş verənlərə görə cinayət işi açıldı - 10 azərbaycanlı saxlanıldı





A+  A-

Rusiya İstintaq Komitəsi iyunun 15-də Azərbaycan-Ruisya sərhəddində baş verən kütləvi toqquşmalarla bağlı cinayət işi açıb.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayət işi Rusiya Cinayət Məcəlləsinin 318.2 (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığını təhdid qedən zorakılığın tətbiq olunması) və 167.1 (qəsdən özgə əmlakının məhv edilməsi” maddələri ilə iş açılıb.

İstintaq materiallarına görə, iyunun 15-də 400-ə qədər Azərbaycan vətəndaşı Dərbənd rayonunu Kullar kənidndə yerləşən düşərgələrini tərk edərək “Qafqaz” trasını bağlamağa çalışıb.

“Kullar postunda Azərbaycan vətəndaşları polislərin əmrinə tabe olmayaraq daş və digər vasitələr tətbiq etməklə hüquq-mühafizə orqanlarına sağlamlığı üçün təhlükə törədiblər”.

Rusiya tərəfi hadisə nəticəsində 9 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığı, 5 xidməti maşının zədələndiyi açıqlanıb. Hazırda faktla bağlı 10 nəfər saxlanılıb. Araşdırmalar davam etdirilir.

Xəbər 1654 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +