Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.06.2020  13:11 

Ali məktəblərə sənəd verənlərin sayı AÇIQLANDI





A+  A-

Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, indiyədək ərizə verən abituriyentlərin sayı 88171-dir. I-IV qrup üzrə 71224 abituriyent ərizə verib. Onlardan 65194-ü Azərbaycan, 6030-u rus bölməsindəndir.

I qrup üzrə indiyə qədər 30229 (27750 nəfər Azərbaycan, 2479 nəfər rus bölməsi), II qrup üzrə 13773 (12430 nəfər Azərbaycan, 1343 nəfər rus bölməsi), III qrup üzrə 22165 (20604 nəfər Azərbaycan, 1561 nəfər rus bölməsi), IV qrup üzrə 5057 (4410 nəfər Azərbaycan, 647 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 55961 nəfərdir, onlardan 52318 nəfəri Azərbaycan, 3643-ü isə rus bölməsidir.

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı 58737 nəfərdir. Onlardan 55877 nəfəri Azərbaycan, 2860 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

Elektron ərizə verən subbakalavrların sayı isə 8262-dir. Təsdiq olunan elektron ərizələrin sayı 4977-dir.

Qeyd edək ki, ali məktəblərə və orta ixtisas müəssisələrinə sənəd qəbuluna mayın 12-dən başlanıb. Sənəd qəbulu iyunun 9-u saat 23:59-dək davam edəcək. Subbakalavrların elektron ərizə qəbulu isə iyunun 1-dən başlayıb və iyulun 10-dək davam edəcək.

Xəbər 1118 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +