İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


24.05.2020  15:11 

“Qarabağ münaqişəsinin həll edilməməsindən narahatıq” - Mövlud Çavuşoğlu





A+  A-

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu DİM.TV-nin canlı yayımında Qlobal Jurnalistlər Birliyinin sədri Mehmet Ali Dimin qonağı olub.
XəzərNews.az xəbər verir ki, canlı yayımda Türkiyə XİN rəhbəri azərbaycanlı jurnalist Elşad Eyvazlının Ermənistanın işğal etdiyi Azərbaycan şəhəri Şuşada son təxribatı ilə bağlı sualına cavab verib və ölkəsinin bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.

Mövlud Çavuşoğlu ilk öncə qeyd edib ki, bir millətin iki diasporu ola bilməz: “Biz bir millət, iki dövlətik. Bir millətin iki dövləti olmaz şüarı ilə erməni məsələsində də birlikdə hərəkət edirik. Ölkədən xaricdə də bizə düşmənçilik edən bütün qüvvələrə qarşı fəaliyyətimizi birlikdə davam etdiririk.

Digər tərəfdən can Azərbaycanın torpaqlarının azad edilməsi üçün birlikdə çalışırıq. Azərbaycan torpaqlarının 20 faizi beynəlxalq hüquq baxımından və Azərbaycan ərazilərinin bütövlüyü çərçivəsində həll edilməsi vacibliyini biz də, Azərbaycan da söyləyir”.

Türkiyənin XİN başçısı qeyd edib ki, Azərbaycanın dövlət rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin diplomatik vasitələrlə həll edilməsi istiqamətində danışıqlar aparırlar. Türkiyə münaqişənin bu günə qədər həll edilməməsindən narahatdır: “Bundan əlavə, Türkiyə qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən seçkiləri tanımır. Heç bir dövlət bu seçkiləri tanımayıb. İşğal edilmiş ərazilərdə seçkilərin keçirilməsi təxribatdır.

Rusiya bu məsələdə (Dağlıq Qarabağ münaqişəsinin həllində-red) önəmli rol oynayır. Cənab Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan-red) hər dəfə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəndə bu problemi (münaqişəni-red) birlikdə həll edək deyə israr edir”.

Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində hansı tələbi irəli sürsə, Türkiyə onu dəstəkləyəcək və birlikdə hərəkət edəcək: “Bu məsələdə heç bir azərbaycanlının şübhəsi yoxdur, ola da bilməz”.

Xəbər 1473 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +