Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


12.05.2020  20:35 

Azərbaycanda 33 məhkumda koronavirus aşkarlandı





A+  A-

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə bütün struktur qurumlarda, o cümlədən penitensiar müəssisələrdə ardıcıl tədbirlər görülür.
Ədliyyə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, xüsusi karantin rejiminin qaydalarına əsasən, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçib, penitensiar müəssisələrdə davamlı olaraq dezinfeksiya işləri, əməkdaşların, məhkumların və həbs edilmiş şəxslərin gündəlik termometriyası, səhhətlərində hər hansı narahatlığı olan şəxslərin dərhal izolyasiya olunaraq müayinəsi keçirilir.

Həmçinin, vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşlar və digər aidiyyəti şəxslər (vəkil, müstəntiq, həkim və s.) və nəqliyyat vasitələri müəssisələrə karantin rejiminə uyğun xüsusi qaydada buraxılırlar.

Eyni zamanda, qabaqlayıcı tədbirlər çərçivəsində Penitensiar xidmətin İxtisaslaşmış müalicə müəssisəsində izolyasiya və müalicə məqsədilə xüsusi karantin şöbələri yaradılıb. Bəzi xroniki xəstəlikləri olan məhkumlar isə cəzaçəkmə müəssisəsindən kənarda ixtisaslaşmış xəstəxanalarda müayinədən və müalicədən keçirilirlər. Kənara çıxarılmış belə məhkumların birində virusa yoluxma faktı aşkar olunduğundan o, dərhal təcrid edilərək zəruri tibbi tədbirlər görülüb.

Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılmışdır. Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.

Bununla yanaşı, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur.

Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir.



Xəbər 943 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +