Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


26.12.2019  12:54 

Azərbaycanlı idmançı dopinqə görə 12 illik diskvalifikasiya olundu





A+  A-

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
XəzərNews.az xəbər verir ki, tədbirdə son ildə Azərbaycanda baş vermiş dopinq qalmaqalları ilə bağlı məlumat verilib. Qeyd olunub ki, 2019-cu ildə 1350 dopinq testi keçirilib. Onlardan 549-u yarış müddətində, 801-i isə yarışdan kənar müddətdə götürülüb.

Bildirilib ki, il ərzində 16 qayda pozuntusu aşkar olunub. Lakin bu,tam dəqiq rəqəmlər deyil. Qarşıdakı aylarda bütün testlərin nəticələri bəlli olacaq. İlkin rəqəm 2017 və 2018-ci illərlə müqayisədə daha azdır. Cari ildə aşkarlanan qayda pozuntularının 4-ü ağır atletikada, 4-ü boksda, 2-si karatedə, 2-si güləşdə, 1-i atıcılıqda, 1-i samboda, 1-i cüdoda, 1-i yüngül atletikada qeydə alınıb.

Antidopinq pozuntularının növləri isə belədir: 13 pozuntu qeyri-əlverişli analiz nəticəsi, 2 pozuntu testdən imtina, 1 dopinq nəzarət prosesinə müdaxilə.

AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, 1 idmançı iki dəfə dopinqə yaxalandığına görə 12 illik idmandan uzaqlaşdırılma cəzası alıb. O, həmçinin qeyd edib ki, federasiyalar bəzən onların işinə mane olur: “Bəzi federasiyalar işimizə mane olur. Lakin yavaş-yavaş anlayırlar ki, düzgün mövqe tutmaq lazımdır. Bir də bəzi idman zallarında dopinq tərkibli maddələr satılır. Bununla bağlı hüquq-mühafizə orqanları ilə danışmışıq. Birlikdə bu mövzuda işlər görəcəyik”.

Qurum rəsmisi deyib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılara dopinqlə bağlı təlimlər keçiriləcək. AMADA rəhbəri 12 illik dikvalifikasiya alan idmançının adını açıqlamayıb: “İş apelyasiyada olduğu üçün adı açıqlaya bilmərik”.

Şəfəq Hüseynli Beynəlxalq Antidopinq təşkilatının azərbaycanlı Amerika futbolu ilə məşğul olan idmançının dopinqə yaxalanması ilə bağlı məlumata münasibət bildirib. O, təşkilatın yanlışlığa yol verdiyini bildirib: “Türkiyənin Sakarya Universitetinin tələbəsi Anar Mirzəzadə 5 dopinqə yaxalanıb. O, Türkiyə adından çıxış edir, amma niyə Beynəlxalq Antidopinq təşkilatı onu azərbaycanlı olaraq təqdim edib, bunu bilmirik”.

Xəbər 1073 dəfə oxunub.



13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +