Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.12.2019  13:32 

Seçkiləri saxtalaşdıranları bu cəzalar GÖZLƏYİR





A+  A-

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Bunun ardınca isə fevral ayının 9-da parlament seçkiləri gözlənilir. Hər iki seçkidə iştirakla bağlı hüquqi qanunvericilik mövcuddur. Seçkilərdə saxtalaşdırma, qayda pozuntularına görə də sanksiyalar müəyyən edilib.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Cinayət məcəlləsində seçkilərin saxtalaşdırılması ilə bağlı ayrıca müddəalar mövcuddur. Onun sözlərinə görə, aydın şəkildə məsuliyyət nəzərdə tutulub və hətta ağır cəza kimi azadlıqdan məhrumetmə də sanksiyalar siyahısına daxildir:

“Cinayət Məcəlləsinin 159-cu maddəsinə görə, namizədlərin, partiyaların, siyasi bloklarının seçki kampaniyalarına müdaxilə etmə və ya onu pozma cəhdlərinə görə, iki min manatdan dörd min manatadək cərimə, yaxud dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmağa görə isə üç min manatdan altı min manatadək cərimə, dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər nəzərdə tutulur. Həmçinin bu müddəada bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılma mövcuddur.

Seçkilərdə əsas məsuliyyət müşahidəçilərin və nümayəndələrin üzərinə düşdüyünə görə, başqalarının əvəzinə səs verilməsinə şərait yaratmaq ciddi qanun pozuntusudur. Bu cinayət üç min manatdan altı min manatadək cərimə, iki ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Ə.Nuriyev onu da qeyd edib ki, seçki komissiyalarının işinə müdaxiləyə görə də cəza nəzərdə tutulub. Onun sözlərinə görə, bu qanun pozuntusu iki min manatdan üç min manatadək cərimə, üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək islah işləri ilə cəzalandırılır:

“Eyni hərəkətlər ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə daha ağır cəzalar tətbiq edilir. Bu cinayət əməlləri dörd min manatdan yeddi min manatadək cərimə, iki ilədək islah işləri ilə cəzalandırılır. Qanun pozuntusunun daha ağır forması baş verərsə, üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Nəhayət, seçki sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma maddəsi də Cinayət Məcəlləsində aydın göstərilir. Ə.Nuriyev söyləyib ki, bu maddəyə görə, iki min beş yüz manatdan beş min manatadək cərimə və ya iki ilədək islah işləri nəzərdə tutulub:

“Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması isə iki min beş yüz manatdan beş min manatadək cərimə və ya bir ilədək islah işləri ilə cəzalandırılır”.

Xəbər 1713 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +