Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


04.11.2019  16:58 

Korrupsiyasının üstü açıldı, tender nəticələri ləğv olundu





A+  A-

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi keçirdiyi tenderin nəticələrini ləğv edib.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb agentliyin yerli strukturları üçün yumşaq inventarın satın alınmasına dair müsabiqədə əvvəlcədən sövdələşmə halının aşkar edilməsidir. Bu, dövlət strukturları tərəfindən elan etdikləri tenderin nəticəsinin korrupsiya şübhəsi ilə ləğv edilməsinə dair ilk presedentdir.

Belə ki, Aqrar Xidmətlər Agentliyi oktyabrın 15-də yerli strukturları üçün yumşaq inventarın alınmasına dair kotirovka elan edib. İddiaçılara isə sənədlərlə tanış olmaq və təkliflərini təqdim etmək üçün cəmi iki gün vaxt ayrılmışdı. Təqdim edilən sənədlər paketinin açılması ertəsi gün saat 10.00-da baş verib. Lakin ötən şənbə günü, noyabrın 2-də Aqrar Xidmətlər Agentliyi müsabiqənin nəticəsinin keçərsiz olduğu haqda “Xalq qəzeti”ində elan yerləşdirib.

Tender komissiyasının adından yerləşdirilən elanda deyilir: ““Xalq qəzeti”nin 15 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yerli qurumlara yumşaq inventarların satın alınması məqsədilə dərc edilmiş kotirovka sorğusunda iddiaçılardan ikisinin (“Profamily” MMC və “M.F.Pro” MMC) qanuni təmsilçilərinin eyni şəxs olması satınalma prosedurunda sövdələşmə ehtimalı yaratdığı üçün müsabiqənin nəticəsi qüvvədən düşmüş hesab edilir”.

“Turan” xəbər verir ki, həmin şirkətlərin qanuni təmsilçisi Fuad Mustafayev adlı şəxsdir.

Burada kifayət qədər maraqlı nüanslar var. Məsələ bundadır ki, Agentlik tenderi elan edəndə onun şərtləri əvvəlcədən şübhəli görünürdü. Çünki sənədlərin təqdim olunmasına cəmi iki gün vaxt ayrılmışdı və üstəlik elanın dərcindən cəmi bir gün sonra müsabiqənin nəticəsi məlum olmuşdu. Böyük ehtimalla digər dövlət strukturlarının keçirdikləri satınalma müsabiqələrində olduğu kimi burada da qalib əvvəlcədən müəyyən idi.

Lakin Agentlik iki həftə sonra nəticəni ləğv edib. Və bu qərar prezident İlham Əliyevin son günlər öz çıxışlarında korrupsiyaya qarşı mübarizənin sərtləşdiriləcəyi barədə xəbərdarlıqlarından sonraya təsadüf edir. Prezident ölkədə aparılan kadr islahatları fonunda yeni təyin edilmiş məmurlar qarşısında korrupsiyaya, xərclərin şişirdilməsinə və büdcə vəsaitlərinin talanmasına son qoyulması barədə ciddi vəzifələr qoyub. Ehtimal ki, Aqrar Xidmətlər Agentliyi də bu çıxışlardan nəticə çıxaraq yerli strukturları üçün mebel alınması müsabiqəsinin nəticəsini ləğv edib.

Xəbər 1629 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +