Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.09.2019  11:05 

Bu məhsulu dünyada ən çox azərbaycanlılar yeyir...





A+  A-

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla əmək qabiliyyətli əhali 150 kiloqram, pensiyaçılar 109 kiloqram, 0-14 yaşlı uşaqlar 98 kiloqram çörək və çörək məhsulları istehlak edirlər.
Bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 330 qram çörək yeyir.

Tədqiqatçıların bildirdiyinə görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək istehlak edir.

Avropada çörəyin ən çox istifadə edildiyi ölkələrin siyahısına 1 vətəndaşı illik 104,3 kiloqram çörək yeməklə Türkiyə başçılıq edir. 2-ci yerdə adambaşına ildə 95,2 kiloqram çörək tükətməklə Bolqarıstan qərarlaşıb. 3-cü sırada ildə adambaşına 88,9 kiloqram çörək istehlakı ilə Ukraynadır. Yunanıstan illik adambaşına 68 kiloqram çörək tükətməklə 4-cü, Hollandiya 62,1 kiloqramla 5-ci, Fransa 57,1 kiloqramla 6-cı, Almaniya 55,7 kiloqramla 7-ci, Belçika 55, 3 kiloqramla 8-ci, Rusiya 54,8 kiloqramla 9-cu, İtaliya isə 52, 7 kiloqram çörək tükətməklə 10-cu yerdə qərarlaşıb.

Yuxarıda qeyd etdiyimiz statistikayla Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, bütün Avropa ölkələrini geridə qoyur.

Maraqlıdır ki, tərkibində insan orqanizmi üçün vacib element-zülal olan ət və ət məhsulları istehlakı olduqca aşağıdır. Belə ki, orta hesabla il ərzində əmək qabiliyyətli əhali 30 kiloqram, pensiyaçılar 19,2 kiloqram, 0-14 yaşlı uşaqlar 25 kiloqram ət istehlak edirlər. Orta hesabla il ərzində bir azərbaycanlı 25 kiloqrama yaxın ət və ət məhsulları ilə qidalanır.

XəzərNews.az-ın məlumatına görə, mövzu ilə bağlı Modern.az-ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, azərbaycanlılar çörək yeməkdə dünyada birinci yeri tutur:

“Hətta xalqımız dünya ölkələrini çörək yeməyə görə 2-3 dəfə qabaqlayır. Ona görə də təsadüfi deyil ki, beynəlxalq təşkilatlar bu yaxınlarda ölkəmizdə unun tərkibinin zənginləşdirilməsi layihəsinə start verəcəklər. Unun tərkibinə müxtəlif vitaminlər, dəmir elementləri, sink qarışdırılacaq ki, insanların sağlamlığı yüksəlsin. Çünki çörək azərbaycanlıların qida rasionunda birinci yerdə dayanır. Maraqlıdır ki, Azərbaycan aclıq, qıtlıq içərisində yaşayan ölkə olmasa da, bu qidaya tələbat həddindən artıqdır. Azərbaycanda çörək Qurandan irəli gələrək müqəddəs sayılır. Müqəddəslik həmişə tələbat yaradır. Amma bizdə çörəyin çox yeyilməsi artıq vərdişə çevrilib. Əhali bilməlidir ki, böyük iştahla yediyimiz isti təndir çörəyi orqanizm üçün həddindən çox zərərlidir”.

AİB sədri qeyd edib ki, Azərbaycan qida rasionuna daxil edilən digər qidaların istehlakında geri qalır:

“Ümumdünya Səhiyyə Təşkilatının bütün normativlərindəki göstəricilərdən geri qalırıq. Xüsusilə ət və ət məhsulları, balıq, süd və süd məhsulları, kərə yağı istehlakında çox geridəyik. Yeganə qida çörəkdir ki, onun istehlakına görə dünya ölkələrini dəfələrlə qabaqlayırıq. Eyni zamanda, bizimkilər çox israfçıdırlar. Bəzi vətəndaşlar çörəyə and içir, “Qurani-Kərimə” bərabər tutulduğunu deyir, amma çörəyi zibilə atır”.

Nazirlər Kabinetinə istinadən Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi haqqında məlumatları təqdim edirik:



Xəbər 1080 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +