Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


29.07.2019  17:10 

İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin tərkib hissəsi kimi





A+  A-

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən prioritet məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur.

Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar.

Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhnidir.

Belə bir aksioma var ki, hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Texniki tərəqqi və qloballaşmanın inkişafında internetin ölkələrin və onların sərhədlərini maneəsiz aşıb keçdiyi göz önündədir. Baş verən yeniliklər artıq virtual aləmdə böyük auditoriyalar yaratması göz önündədir.

Müasir dövrdə gənclərin gündəlik həyatlarının çox hissəsi internetdən istifadə etməklə keçir. İlk öncə istifadəçi internetdən səmərəli şəkildə istifadə etməyə çalışmalıdır. Təbii ki bu hal da sadəcə istifadəçidən asılı deyil, çünki internet istifadəçilərinə işlərinə yarayacaq mənbə, resurs gərəklidir.

İnternet informasiya resurslarından, sosial şəbəkələrdən istifadə zamanı dövlətin milli maraqları, öz milli maraqlarının qorunması məsələsinə diqqət edilməlidir.

Son zamanlarda respublikamıza qarşı aparılan informasiya müharibələri də gözdən qaçmır. Bu cür hallardan yayınmaq üçün əlbəttə ki gənclər də fəal olmalı və informasiya təhlükəsizliyinə nail olmağa cəhd etməlidir. Bu hər bir Azərbaycan gəncinin vəzifəsidir. Əgər bu cür proseslər baş verərsə, hər bir gənc operativ reaksiya verməyi bacarmalıdır.

Gənclərin respublikada tutduqları rol aktiv olmalıdır. Həmçinin gənclər ölkədə keçirilən islahatların təbliğatında fəal şəkildə iştirak etməlidir. Bu cür məlumatları əldə etmək üçün internet resursları, sosial şəbəkələrdə geniş şəkildə istifadə etməlidir.

Gənclərin həyatlarının böyük bir hissəsi internetdə keçdiyindən hətta düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünyaya çatdırılmasında böyük səy göstərməlidir. Sosial şəbəkələrdə dil bilgisi ilə bağlı mütaliə vərdişlərinə diqqət edilməlidir.

Ümumilikdə informasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir. Bu mühafizə təhlükəsizliyə qarşı təhdiddən irəli gəlir. Təhdid dedikdə kiminsə maraqlarına ziyan vurmağa səbəb ola bilən potensial mümkün hadisə, şərait, hərəkət, proses və s. nəzərdə tutulur.
İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:
- şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;
- informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal İnternet şəbəkəsinin inkişafı;
- minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram vasitələrinin geniş yayılması
İnformasiya təhlükəsizliyinin aspektləri:
əlyetənlik − yolverilən vaxt ərzində tələb olunan informasiya resursunu, informasiya xidmətini əldə etmək imkanı;
tamlıq − informasiyanın əvvəlcədən müəyyən edilmiş şəkil və keyfiyyəti saxlaması xassəsi;
məxfilik - informasiyanın icazəsiz girişlərdən məxfi saxlanılması.
Bu gün Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. Torpaqlarımızın 20% ermənilərin işğalındadır. Məhz bu istiqamətdə informasiya çatdırılmasına diqqətlə və həssas yanaşmaq vacibdir.
Respublikamızda mətbuat azadlığı təmin olunub. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan internet ölkəsidir. Biz bütün imkanlarımızı düzgün qiymətləndirməyi bacarmalı və düşmənə qarşı məqsədyönlü şəkildə istifadə etməyi bacarmalıyıq”.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Xəbər 513 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +