Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.05.2019  16:57 

10 gün sonra ilin ən vacib konserti olacaq





A+  A-

25 may 2019-cu il tarixində Heydər Əliyev Sarayında ölkəmiz və mədəniyyətimiz üçün ilin ən vacib mədəni tədbiri – ilk dəfə Bakıda dünyaca məşhur musiqiçi Mark Eliyahunun konserti keçiriləcək.
XəzərNews.az bildirir ki, təşkilatçıların Azadinform-a verdiyi məlumata görə, Mark Eliyahu bizə Azərbaycan və ümumilikdə Yaxın Şərq musiqisinin sehrli dünyasına daxil olmağa imkan verən inanılmaz bir kəşfdir. Mark Eliyahunun qədim alət olan kamançanı müasir ritmlərlə birləşdirmə sənəti inanılmaz kontrastlara səbəb olur. Mark Eliyahu musiqisi poetikliyi və zərifliyinə görə insanı dərhal valeh edir, bu musiqi insanları qorxutmadan özünü bütün orijinallığı ilə göstərir. Bu melodiyalar şübhəsiz ki, Şərq melodiyalarıdır, lakin Qərbə də qapısını bağlamır, əvəzində, gizli xəzinələrə yeni bir baxış açır. Eliyahu melodiyaları dərviş rəqsləri kimi insanı valeh edərək təəccübləndirir və dinləyicini əvvəllər heç eşitmədiyi bir aləmə apara bilir.

Mark Eliyahu 20 il öncə Bakıda olarkən Habil Əliyevin kamança ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. Markın ifa etdiyi kamança birbaşa olaraq Habil Əliyev tərəfindən ona hədiyyədir. Bu günə qədər o, Habil Əliyevin ona hədiyyə etdiyi kamançada ifa edir.

Bundan əlavə, məhz bu il, Mark Eliyahu xalqımızın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın “Ulduz sayaraq” şerinə bəstələdiyi və muğamların mahir ifaçısı, Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycanın əməkdar artisti Bəyimxanım Vəliyeva ifa etdiyi möhtəşəm “Do you remember (yadındamı)” mahnısı işıq üzü görür.

Yuxarıda qeyd olunanları, həmçinin sözügedən tədbirin ölkəmiz üçün mədəni və tarixi dəyərlərini nəzərə alaraq, Azərbaycanda həm Bakı, həm də regionlarda yaşayan əhalini cəlb etmək üçün iki məqsədyönlü kampaniyaya start verilib. Təəssüf ki, Azərbaycanda keçirilən əksər böyük tədbirlər Bakıda keçirilir və regionlarda yaşan əhali bu cür mədəni çoxrənglilikdən kənar qalır. Bunu nəzərə alaraq “My Way” travel şirkəti “United Culture”, 124 Studios və Mark Eliyahu ilə əməkdaşlıq çərçivəsində Gəncə, Mingəçevir və Qubada yaşayan vətəndaşlarımızı ilin ən vacib konsertinə daha da yaxın edərək, 25 may tarixində Bakıya - Mark Eliyahunun konsertinə və geriyə təmənnasız səfərlər təşkil ediləcək.

Eyni zamanda, “Bakı Metropoliteni” QSC-i, “United Cultures”, 124 Studios və Mark Eliyahu ilə əməkdaşlığı çərçivəsində “Növbəti stansiya... Jouney!” promo-kampaniyası keçirilir. Belə ki, metro istifadəçisi və “Bakı Kart” sahibi olan şəxslər 25 may 2019-cu ildə Mark Eliyahunun Bakıdakı konsertinə 10 dəvətnamə qazanmaq şansı əldə edirlər. Artıq Mark Eliyahunun 25 may Bakı konsertinə bilet əldə edənlər, Mark Eliyahunun növbəti 25 iyun 2019-cu il tarixində İstanbuldakı konsertinə səyahət şansı əldə edəcəklər.

Heç şübhəsiz, ölkəmizin mədəniyyəti kimi, bu sənətçi Şərqlə Qərb musiqisinin ən mükəmməl incilərindən birini təmsil edir. Sizi onunla tanış edəcəyimiz anı səbrsizliklə gözləyirik! Konsertin təşkilatçıları “United Cultures” və “124 Studios”, tərəfdaşları isə “Bakı Metropoliteni” QSC, “The Landmark” otel və biznes mərkəzi, “My Way Travel”dir.

Xəbər 1596 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +