Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


12.03.2019  14:21 

“Elə-belə oğlanın sevgilisi olmayacam”





A+  A-

“Müğənnilər var ki, ağızlarına gələni danışırlar. Deyirlər ki, müğənni qız almaram, uşağımı müğənniyə vermərəm. Belə danışmaq lazım deyil, özümüzə hörmət edək”.
XəzərNews.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “5-də 5” proqramında qonaq olarkən deyib. O, verilişdə həmkarlarının “Oğluma müğənni qız almaram” deyən həmkarlarını sərt bir şəkildə tənqid edib:

“Onlara bir sualım var: “Bəs sizi niyə alıblar? Sizə niyə ərə gəliblər?” Bu suala cavab versinlər. Yerin də qulağı var, “kor-kor, gör-gör” dünyasıdır. Mən özümü tanıyıram. Müğənnilik edib, başqa yolla pul qazanmamışam. Məni səhv salmasınlar. Kasıbçılıq da görmüşəm, öz hesabımla yaşamışam.

Eləsini tanıyıram ki, 3-4 uşağı var, amma başqa şeylər edir. Ərini pis vəziyyətə qoyur. Bilirəm ki, elə-belə oğlanın sevgilisi olmayacam. Məni sevən belə sevirsə, sənətim də, oxumağım da qalacaq”.

Qeyd edək ki, bir müddət əvvəl əməkdar artist Elnarə Abdullayeva, Könül Kərimova, müğənni Nadir Qafarzadə qalmaqallı açıqlama verərək müğənni gəlin istəmədiklərini bildirmişdilər.

Xəbər 971 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +