Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


29.01.2019  16:18 

Nartotik satışı ilə məşğul olan şəbəkə tutuldu





A+  A-

Xətai rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri ifşa edilib.
XəzərNews.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri ifşa ediliblər.

Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayətləri törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov idarə etdiyi “Wolswagen” markalı avtomobillə birgə saxlanılıb.

Onun avtomobilinə baxış zamanı 25,324 qram narkotik vasitə heroin, 26 ədəd yüksək psixotrop tərkibə malik metadon həbi, bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, həmçinin yaşadığı evdən əlavə olaraq 101,686 qram heroin aşkar edililərək götürülüb.

Davam etdirilən tədbirlərlə M.Məmmədova heroini və psixotrop tərkibli həbləri satanların da şəxsiyyətləri qısa zamanda müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin digər üzvləri, Lənkəran şəhər sakinləri Yalçın Qurbanov və Zamiq Cavadov da polislər tərəfindən saxlanılıblar. Z.Cavadovun üzərində şəxsi axtarış aparılan zaman ondan 100,840 qram heroin və 100 ədəd metadon həbi, Y. Qurbanovdan isə 2,985 qram tiryək, idarə etdiyi avtomobildən isə 8 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvü Y.Qurbanov şəxsiyyəti məlum olmayan İran vətəndaşından narkotik vasitələri əldə edəndən sonra onları satmaq üçün hissə-hissə Z.Cavadovun vasitəsilə M.Məmmədova göndərib. M.Məmmədov isə öz növbəsində Bakıda narkotik vasitələri satandan sonra əldə etdiyi pulu Lənkəran şəhərinə Y.Qurbanova göndərməli imiş.

Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər 1070 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +