Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


26.12.2018  16:31 

BDU-da sensasiyalı QALMAQAL – Polisə şikayət olundu





A+  A-

Bakı Dövlət Universitetində yeni qalmaqal baş verib.
XəzərNews.az-ın xəbərinə görə, Axar.az-a daxil olan məlumatda bildirilir ki, keçmiş millət vəkili, hazırda BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri olan Rəbiyyət Aslanova universitetin hüquqşünası Tamilla Çələbiyevadan polisə şikayət edib.

Səbəb isə kafedrada işləyən gənc xanımla Hüquq fakültəsinin tələbəsi arasında sevgi münasibətləri olub. Tələbənin valideynləri universitetə gələrək, həmin xanımın onların övladına hər gün mesajlar yazdığını və bu münasibətdən narahat olduqlarını bildiriblər.

İddiaya görə, kafedrada baş verən insidentə universitetin hüquqşünası müdaxilə edib və gənc xanımdan şikayətlə bağlı izahat istəyib. Bundan xəbər tutan R.Aslanovanın həmin xanımı müdafiə etməsi onun T.Çələbiyeva ilə toqquşmasına səbəb olub. Nəticədə T.Çələbiyevadan polisə şikayət olunub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən T.Çələbiyeva bildirib ki, ondan polisə R.Aslanova deyil, sözügedən, adının açıqlanmasını istəmədiyi laborant şikayət edib. T.Çələbiyeva R.Aslanova ilə aralarında heç bir problem olmadığını da deyib: “Bir xanımın valideynləri rektorun qəbuluna gəlmişdilər. Rektor olmadığına görə, onlardan nə ilə bağlı rektorun qəbulunda olmaq istədiklərini soruşdum. Bildirdilər ki, R.Aslanovanın kafedrasında çalışan laborantla bağlı şikayətləri var. Mən onları dinlədim, daha sonra onların müraciətinə əsasən şikayət etdikləri həmin xanımı çağırdım. Bu isə Rəbiyyət xanımın xoşuna gəlməmişdi ki, onun işçisini niyə çağırmışam”.

Hüquqşünas bildirib ki, o öz vəzifə borcunu yerinə yetirib: “Həmin laborantı ilk dəfə idi görürdüm. Yeni işçidir, qabiliyyətli, çox savadlı və zəhmətkeş ailədən olan xanımdır. Özünə də bildirdim ki, sənə nə kömək lazımdırsa, etməyə hazıram. Bilirəm ki, o xanım məni bilərəkdən şikayət etməyib. Özünə də bildirdim ki, ola bilər, səni kimsə düzgün qiymətləndirməyib, yanlış yönəldib. Sonradan bildim ki, iclas keçirilib və iclasda bildirilib ki, universitetin hüquqşünası onu şantaj edib. Halbuki mənim onu şantajım ümumiyyətlə, mümkün deyil”.



T.Çələbiyeva bildirib ki, R.Aslanovanın əsəbiləşməsinə səbəb onun kafedrasının əməkdaşını çağırması olub: “Mən universitetdə hamıya kömək edən şəxsəm. Heç kəslə bu günə qədər bir problem yaşamamışam. Mənimlə bağlı polisə şikayət etmək o xanımlıq da deyil. Yəqin ki, onu kimsə öyrədib ki, belə etsin. Rəbiyyət xanım məni otağına çağırıb bildirdi ki, mən hansı səbəblə onun kafedrasının əməkdaşını çağırmışam. Rəbiyyət xanıma bildirdim ki, vəzifə borclarımdan biri də budur. İzah etdim ki, bir xanım valideynləri ilə gəlmişdi və şikayət edirdi həmin xanımdan. Bu səbəbdən həmin laborant xanımı çağırıb izahat almışam. Laborant xanım bizim əməkdaşımızdır, universitetimizin işçisidir, mən də istəmərəm bizim əməkdaşla bağlı hər hansı şikayət olsun. Yasamal Rayon Polis İdarəsinə də izahatımı sizə bildirdiyim kimi verəcəyəm”.


Xəbər 1252 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +