Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


26.12.2018  15:09 

Azərbaycanda icbari tibbi sığorta haqlarının MƏBLƏĞİ dəqiqləşdi





A+  A-

Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği müəyyən edilib.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Tibbi sığorta haqqında” qanunun 15-10 –cu (İcbari tibbi sığorta üzrə sığorta haqları) maddəsində qeyd edilib.

İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilib:

1. Xidmətlər zərfinin baza hissəsi üzrə -təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;

Xidmətlər zərfinin əlavə hissəsi üzrə:

Bu Qanunun 15-2.3.1-ci (Azərbaycan Respublikası Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər) və 15-2.3.2-ci (neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər) maddələrində nəzərdə tutulan şəxslər üzrə:

1. sığortalı tərəfindən - hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

2. sığortaolunan tərəfindən - işçinin əmək haqqının 2 faizi;

15-10.1.2.2. bu Qanunun 15-2.3.3-cü (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) - 15-2.3.6-cı (ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün ödənişli sosial məzuniyyətdə olan qadınlar) maddələrində nəzərdə tutulan şəxslərə üzrə - təqvim ili üçün adambaşına 120 manat müəyyən edilib.

Bu Qanunun 15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində müəyyən olunmuş icbari tibbi sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən icbari tibbi sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

"Tibbi sığorta haqqında" qanuna dəyişikliklər Milli Məclisin dekabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək.


Xəbər 958 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +