Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


21.12.2018  19:17 

“Nar” boks üzrə yarışa dəstək oldu





A+  A-

“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda keçirilən yeniyetmələr arasında boks üzrə açıq birinciliyə dəstək olub. Qeyd edək ki, “Baku Fight Lab” klubunun (keçmiş “Rabitə” İdman Klubu) təşkilatçılığı ilə keçirilən yarışa 20 komandadan 100 idmançı qatılıb. Açıq birincilikdə yerli idmançılarla yanaşı, əcnəbi boksçular da iştirak edir. Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda ölkəmizin şəhər və rayonlarından 2001-2002-ci il təvəllüdlü boksçularla yanaşı, iraqlı idmançılar da iştirak edirlər. Yarışa yüksək dərəcəli hakimlər briqadası nəzarət edir.
Qeyd edək ki, “Baku Fight Lub” Klubu “Rabitə” İdman Klubunun yenilənmiş adıdır. XəzərNews.az-ın məlumatına görə, açılış mərasimində çıxış edən “Baku Fight Lub” Klubunun prezidenti Fərhad Acalov bildirib ki, bu cür yarışlar keçirməkdə məqsəd, gəncləri idmana cəlb etmək və onların perspektivli gələcəyini təmin etməkdir. Yeniyetmələr arasında boks üzrə açıq birincilik 19-22 dekabr tarixləri arasında keçirilir.

“Baku Fight Lub” Klubunun və “Nar”ın birgə əməkdaşlığının əsas məqsədi yeniyetmələrin asudə vaxtının səmərəli təşkil edilməsi, idmana olan marağın artırılması, gənclərin pis vərdişlərdən uzaq olması və sağlam böyüməsidir.

“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bundan əvvəl də “Baku Fight Lub” klubunun (keçmiş “Rabitə” İdman Klubu”) dəstəyi ilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün təşkil edilən boks dərslərinə və təlimlərinə dəstək olub. Artıq üçüncü ildir ki, tələbələr üçün lazım olan təchizatı və digər xərcləri “Nar” təmin edir.

“Nar”-ın korporativ sosial məsuliyyət strategiyası haqqında ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 935 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +