Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


20.11.2018  16:32 

Paşinyan Azərbaycana silah satan Belarusdan - İzahat tələb edir





A+  A-

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan noyabrın 12-də Belarus prezidenti Lukaşenkonun Azərbaycan səfiri ilə görüşündə səsləndirdiyi bəyanatlara reaksiya verib.
XəzərNews.az xəbər verir ki, Lukaşenko Lətif Qəndilovla görüşündə Paşinyanın hakimiyyətdə sadəcə situasiyanı ələ almaq üçün olduğunu, keçid dövründə olan Ermənistan üçün Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəhbərlik etməyin çox ağır yük olduğunu və öhdəsindən gəlib-gəlməyəcəyinə əmin olmadığını ifadə etmişdi.

Bugünkü mətbuat konfransında çıxışı zamanı Paşinyan Ermənistan XİN-nin məsələyə reaksiya verdiyini xatırladıb: “Bu məsələdə mənim həmsöhbətim Belarus prezidentidir. Dediklərimi təkrar edirəm, mən baş verənlərə və bəzi proseslərə görə izahat tələb edirəm. Bu, yeni xəbər deyil. Keçmişdə də belə şeylər baş verib və belə də davam edəcək. Bütün hallarda, biz Ermənistanın maraqlarına toxunan hər hansı məsələdə susmağa hazırlaşmırıq” .

Paşinyan, eyni zamanda həmin görüş zamanı Belarusla Azərbaycanın hərbi məzmunlu memorandum imzalamasına da toxunub:

“Bizim mövqeyimiz dəqiqdir. Biz bu sazişi müzakirə edirik və hesab edirik ki, bu, Ermənistanın maraqlarına və KTMT ilə əməkdaşlıq ruhuna ziddir. Dediyim kimi, bu etapda ən vacib məsələ budur: biz izahat almalıyıq və hər bir ölkə bilməlidir ki, tərəfdaşları, təşkilatlar qarşısında hansı öhdəlikləri daşıyır.

Biz müttəfiq öhdəliklərimizi yerinə yetiririk, lakin təəssüf ki, bunu bəzi tərəfdaşlar haqda demək olmaz”.

Paşinyan bugünkü mətbuat konfransında həmçinin, qeyd edib ki, bəzi insanlarda elə təəssürat var ki, o və Əliyev “çatlaşır” və ya səhərdən axşama kimi söhbətləşirlər:

“Bu, belə deyil. İnformasiya nümayəndələr vasitəsilə lazım olanda ötürülür. Təmas xəttindəki nisbi sakitliyə gəlincə, bu, operativ əlaqənin deyil, Düşənbədə əldə edilən razılaşmanın nəticəsidir”.

Xəbər 1282 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +