İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


25.10.2018  18:56 

“Heç bir şəhidin “qanpulu”nun bir qəpiyi də bata bilməz”





A+  A-

Məlum olduğu kimi, Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərman imzalayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını hazırlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödənişlə təmin olunması üçün sənədlərin qəbulu prosesini həyata keçirir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ödənişlərin 2 il müddətinə icra olunacağını bildirib.

Fərmana əsasən, bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında (www.mlspp.gov.az) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.

Bəzi şəhid ailələri həlak olmuş dağmalarının adlarının həmin siyahıda olmadığını bildirirlər. Hətta buna etiraz olaraq, bir neçə dəfə müxtəlif qurumların qarşısında aksiya keçiriblər.

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a bildirib ki, narazılıq edənlər bir neçə nəfərdir:

“Onlara təklif olundu ki, şikayətlərini rəsmi yazaraq nazirliyə təqdim etsinlər və hazırda həmin ərizələrə baxılır”.

Parlamentin önündə etiraz aksiyası keçirən şəhid ailələrinin qarşısına çıxan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, hər bir şikayətə fərdi qaydada baxılır:

“Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyində xüsusi qrup yaradılıb. Hər bir narazı vətəndaş ora ərizə ilə müraciət etməlidir. Bundan sonra onların ərizələrinə baxılacaq. Şəhidin “qanpulu”nun bir qəpiyi belə bata bilməz. Heç kimin haqqı tapdalanmayacaq. Şikayət edənlərin əksəriyyətinin adı həmin məbləği almışların siyahısında gedir. Onların içərisində haqlı və haqsız olanlar var. Amma məsələlərə fərdi qaydada baxıldıqdan sonra problem öz həllini tapacaq”.

Komitə sədri qeyd edib ki, Milli Məclisin qarşısında etiraz edənlər ümumilikdə təxminən 70 nəfər olub:

“Əmin olun ki, onların hamısının müraciətinə fərdi qaydada baxılacaq”.

Xəbər 1423 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +