Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


18.10.2018  17:03 

Füzuli Məmmədovdan ağır ittiham: “Diaspor fəaliyyətini “arvad hamamı”na döndərərək...”





A+  A-

“Bu gün Hollandiyada erməni iftirası ilə üzləşmiş Hollandiya Azərbaycan Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının məhkəməsində oldum... Və onun dəyərli şəxsiyyətilə bir daha qürur duydum. İlhan bəyin məhkəmədəki çıxışı tək kəlmə ilə möhtəşəm idi. Əslində İlhan bəyə qarşı irəli sürülən ittihamların uydurma, saxta olduğu, açıq-aydın siyasi motiv daşıdığı tam ortada idi. İlhan bəy məhkəmə heyəti qarşısında yüksək iradə göstərərək Azərbaycana və Türkiyəyə qarşı aparılan böyük oyunun əsl mahiyyətini açaraq Avropanın zaman-zaman yürütdüyü ikili standartlı ifşa etdi...”
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə azərbaycanlı iş adamı, diaspor fəalı Füzuli Məmmədov çıxış edib.

F.Məmmədov məhkəmədə onu heyrətləndirən daha bir məqam haqqında da məlumat verib: “Bir tərədə Milli Qeyrət nümayiş etdirərək Milli dava aparan İlhan bəy, digər tərəfdə Avropada və xüsusilə Hollandiyada fəaliyyət göstərən diaspor təşkilatlarından heç kimsənin məhkəmədə iştirak etməməsi... Bu etinasızlıq Qarabağ boyda dərdi olan bir millətin faciəsi kimi gözümün önündə canlanmaqda idi”.

F.Məmmədov qeyd edib ki, Avropada və xüsusilə Hollandiyada pafoslu adlar altında “möcud olan” diaspor təşkilatları, Azərbaycanın Milli ləyaqət, Milli qeyrət məsələsində erməni diaspor təşkilatlarının şantaj və yalanları qarşısında İlhan Aşkını yalnız buraxdı: “Dəyrli dostlar! İlhan Aşkının da təmsil olunduğu AAK adlı Azərbaycanın ən böyük “diaspor” təşkilatının prezidenti Sahil Qasımov və Benilüks diaspor təşkilatının sədri Elsevər Məmmədov məhkəmə keçirilən şəhərdə yaşayırlar. Bu şəxslərin nə özləri, nə də təşkilatlarından bir nəfər belə İlhan Aşkının məhkəməsində iştirak etmədilər. Aldığımız bilgiyə görə, bu şəxslər Hollandiyada diaspor fəaliyyətini “arvad hamamı”na döndərərək azərbaycanlılar arasında dedi-qodu yaymaqla məşğuldurlar... Budurmu sizin diaspor fəaliyyətiniz, budurmu sizin milli qeyrətiniz? Təəssüf ki, İlhan Aşkın Azərbaycanın haqq səsini dünyaya çatdırdığı üçün məhkəməyə çəkildiyi halda nə Azərbaycanın Niderland Krallığındakı səfirliyi, nə də Azərbaycan konsulluğu prosesə bir nəfər belə təmsilçi göndərmədi. Lakin Türkiyənin Niderland Krallığındakı səfirliyinin əməkdaşları, Türkiyənin konsulu və Türk diaspor təşkilatlarının təmsilçiləri bir komanda şəklində məhkəmədə iştirak etdilər. Milli iradəni ortaya qoyan, Milli dava üçün çalışanlara təşəkkür edirik. Hər zaman Milli birlik uğrunda savaşanların, Milli kimliyi uca tutanların yanındayıq”.

Xəbər 3113 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +