Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


03.09.2018  20:41 

Millət vəkilindən “Kəpəz”ə zərbə - Elmar Vəliyevdən qorxurmuş





A+  A-

"Kəpəz” yenə çətin vəziyyətdədi. I divizionda mübarizə aparan Gəncə klubu diqqətsizlikdən əziyyət çəkir.
XəzərNews.az Futbolinfo.az-a istinadən xəbər verir ki, sonuncu pilləni tutaraq Premyer Liqa ilə vidalaşan "Kəpəz” yenə AFFA tərəfindən maliyyələşir. Gəncədə isə azarkeşlərdən başqa heç kim komandaya dəstək vermir. Klubun Müşahidə Şurasının üzvü Xanlar Fətiyev isə tamamilə kənara çəkilib.

Bu azmış kimi, Fətiyev kluba bağışladığı avtobusu da geri alıb. 2004-cü ildən "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri olan Xanlar bəy klub elitanı tərk edən kimi komandanı daşıyan nəqliyyat vasitəsini rəhbərlik etdiyi qurumun meydançasına gətizdirib.

Əslində, bu, ilk belə hal deyil. Hər mövsümün sonunda avtobus zavoda qaytarılır, baxışdan keçirildikdən, təmir edildikdən sonra, yeni çempionat ərəfəsində komandanın sərəncamına verilirdi. Amma bu dəfə belə olmayıb. Nəqliyyat vasitəsi zavodda saxlanılıb və 2 turdu komanda mikroavtobusun xidmətindən istifadə edir. Ötən tur MOİK-lə oyuna da narahat kiçik nəqliyyat vasitəsi ilə gələn "Kəpəz” bu səbəbdən bir gün öncədən səfərə çıxıb, oteldə qalıblar.

Fətiyev avtobusun komandaya qaytarılmamasını hansısa detalın tapılmaması, təmirinin yubanması ilə əlaqələndirir. Halbuki bu, yalandı. Belarusda yığılan MAZ-ın detalları həmişə ölkəmizdə olub – Bakıda, Naxçıvanda və Gəncədə. Sadəcə, Xanlar bəy fürsətdən istifadə edib.

Məlum Gəncə hadisələrindən və icra başçısının dəyişməsindən sonra klubun Müşahidə Şurası da dağılıb. Beləcə Xanlar bəy də yalnız sabiq başçı Elmar Vəliyevin qorxusundan komandaya verdiyi avtobusu geri qaytarmamağı lazım bilib. İndi onun "Kəpəz”lə heç bir bağlılığı qalmayıb və bəhanəylə avtobusu geri alıb. O, hətta 39 saylı Kəpəz birinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilməsini də unudub və gəncəlilərin sevimli komandasını çətin vəziyyətdə qoyub.

Xəbər 1126 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +