İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


18.08.2018  09:21 

İçərişəhəri gəzmək istəyən əcnəbilər üçün biletlərin qiyməti





A+  A-

Bakıya gələn turistlərin ən çox baş çəkmək istədikləri məkanlardan biri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğudur.
Bəs gün ərzində İçərişəhərdə ən çox turist qəbul edən muzey hansıdır və biletlərin qiymətləri arasında fərq varmı?

XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Azadgil cavablandırıb.

N.Azadgil bildirib ki, Qız Qalası və Şirvanşahlar Sarayı İçərişəhərdə turistlərin ən çox axın etdiyi tarixi yerlərdəndir:

"Bu muzeylər digərlərindən ziyarətçi sayına görə fərqlənir. Statistikaya görə, Qız Qalasına gün ərzində 1000 turist baş çəkir. Bayram günlərində, məsələn, Novruz bayramında bu rəqəm 3000-dən artıq olur. İçərişəhərdə Marionet teatrı da fəaliyyət göstərir. Hazırda tətildə olduqlarından tamaşa göstərilmir, ancaq teatr fəaliyyətdə olduğu zaman buraya da böyük maraq müşahidə edilir".

İçərişəhərdəki muzeylərə giriş biletinin qiymətinə gəlincə, idarə rəsmisinin sözlərinə görə, qiymət yerli və xarici vətəndaşlara görə dəyişir:

"Qız Qalasına bilet 6 yaşadək uşaqlara pulsuzdur, məktəblilərə 20 qəpik, tələbələrə 1 manat, xarici tələbələrə (tələbə biletini təqdim etdikdə) isə 6 manatdır. Yerli vətəndaşlara giriş 2 manat, əcnəbilər üçünsə 12 manatdır".

O əlavə edib ki, yerli sakinlər üçün Şirvanşahlar Sarayına giriş qiyməti Qız Qalasına ziyarətlə eyni olsa da, əcnəbilər üçün bir qədər fərqlidir. Belə ki, xarici turistlər Şirvanşahlar Sarayına baş çəkmək üçün 10 manat, xarici tələbələr isə 5 manat ödəməlidir:

"Sikkə və pul nümunələrinin nümayiş olunduğu Numizmatika Muzeyinə giriş də yerli vətəndaşlar üçün eyni qiymətədir. Bu muzeyə giriş xarici turistlər üçün 4 manat, xarici tələbələr üçün isə 2 manatdır.

Bəylər məscidinə giriş isə pulsuzdur".

N.Azadgil qeyd edib ki, İçərişəhərdə 6 dildə fəaliyyət göstərən audiobələdçilər də var:

"Onların qiyməti xarici vətəndaşlar üçün 15 manat, yerli vətəndaşlar üçün 5 manat arasında dəyişir. Turist İçərişəhəri gəzərkən audiobələdçi xidmətindən istifadə etdikdə qoruğun daxilində olan bütün obyektlər barədə qulaqcıq vasitəsilə məlumat alır".

Xəbər 804 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +