İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


02.08.2018  12:05 

Mühafizə zolaqlarında 122 qanunsuz tikinti aşkarlandı





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqların istifadəsi ilə bağlı monitorinqlər aparılır.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, son 10 gün ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı müəyyən edilib. Ümumilikdə isə, respublika üzrə kommunikasiya xətləri və mühafizə zolaqlarında yerləşən torpaqların istifadəsi ilə bağlı aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı hüquq-mühafizə orqanlarına sənədlər təqdim edilib. Artıq 20 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub, bu istiqamətdə mütəmadi olaraq tədbirlər davam etdirilir.

Qeyd edilməlidir ki, belə hallar paytaxtın Xətai rayonunda yerləşən ərazisində qeydə alınıb. Babək prospektində yüksək gərginlikli elektrik xətlərinin, avtomobil və dəmir yollarının mühafizə zolaqlarında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası dayandırılıb. Məlum olub ki, tikinti işləri Torpaq Məcəlləsinin və “Torpaq icarəsi haqqında” qanunun müvafiq maddələrinin tələblərini pozur. Yerquruluşu işləri aparılmadan və müvafiq rəy alınmadan tikinti qərarları qəbul edilir.

Digər qanunsuz tikililər Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilib. Yüksək gərginlikli qaz kəmərinin və dövlət əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin mühafizə zolağında çoxlu sayda fərdi yaşayış evləri, digər obyektlər aşkar olunub. Bununla əlaqədar aidiyyəti orqanlara müraciət edilib.

Belə hallar ətraf mühit və əhali üçün təhlükə mənbəyi olmaqla yanaşı, hüquqların dövlət qeydiyyatına alınmasında da çətinliklər yaradır. Eyni zamanda, qanunsuz tikintilərin mühafizə zolaqlarında aparılması həmin kommunikasiya xətlərinə cavabdeh olan təşkilatların fəaliyyətində də problemlər yaradır. Bununla əlaqədar olaraq həmin təşkilatların məsuliyyətinin artırılması məqsədi ilə Komitə tərəfindən onlara rəsmi müraciətlər olunub, Nazirlər Kabinetinə məktub ünvanlanıb.

Qanunsuz torpaq sahəsinin ayrılması və tikintilərin aparılmasının qarşısının alınması aidiyyəti yerli və mərkəzi icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Qeyd edilməlidir ki, bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsi ilə Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb, bir sıra pozuntu halları ilə bağlı hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciətlər olub.

Xəbər 1065 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +