Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.02.2018  09:46 

Bulvar İdarəsində ciddi maliyyə pozuntuları aşkarlandı





A+  A-

Hesablama Palatası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsində ciddi maliyyə pozuntuları aşkarlayıb.
XəzərNews.az xəbər verir ki, audit tədbiri Dənizkənarı Bulvar İdarəsi və strukturuna daxil olmayan, tabeliyindəki büdcədən maliyyələşdirilən qurumları olan Dövlət Bayrağı Muzeyi və kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi, eləcə də təsərrüfat hesablı təşkilatları olan “Sahil Xidməti” MMC və “Dənizkənarı Milli Park” MMC-ni əhatə edib. Auditlə ümumilikdə 66454,5 min manat məbləğində vəsait əhatə olunub.

Bəlli olub ki, müsabiqədənkənar işə götürülmüş işçilər dövlət qulluğuna qəbul olunub, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlar verilib, eyni zamanda, dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti başa çatmamış qulluqçuya (stajçıya) mükafat artıq ödənilib, işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənişi zamanı, həmçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.

Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi tərəfindən ştat cədvəlləri tərtib edilərkən qüvvədə olan normativ-hüquqi aktların tələblərinə riayət olunmayaraq vəzifə maaşları yüksək müəyyənləşdirilib.

“Dənizkənarı Milli Park” MMC tərəfindən xidmət müqaviləsi bağlanılmış hüquqi və fiziki şəxslər üzrə “Özəlləşdirilən dövlət müəssisə obyektlərinin, habelə Nazirlər Kabinetinin “Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qərarının müvafiq tələblərinə tam əməl edilməyib, eyni zamanda, dövlət mülkiyyətində olan torpaq sahələrinə görə icarə müqaviləsi bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözlənilməyərək dövlət büdcəsinə icarə haqqı hesablanmayıb və ödənilməyib, həmçinin pullu xidmət göstərən obyektlərin enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilib.

Hesablama Palatasının kollegiyası İdarədə yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə Kollegiya qərarının surətini, habelə Maliyyə Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məktublar göndərib. Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.

Xəbər 1021 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +