Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.12.2017  13:28 

Sosial evlərdən yeni xəbər





A+  A-

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş investisiya müsabiqəsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində ticarət mərkəzinin tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq investor müəyyən olunub.
Bu barədə MİDA-dan XəzərNews.az-a verilən məlumata görə, müsabiqənin qalibi olan “PMD Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (www.pmdgroup.az) tərəfindən ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasının təşkili üçün təqribən 7 milyon manat həcmində investisiya qoyuluşu həyata keçiriləcək.

“MİDA” MMC ilə iş birliyi quracaq “PMD Group” MMC daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir və Azərbaycanda gedən inkişaf proseslərinə öz töhfəsini verməkdədir.

İnvestor tərəfindən təqdim olunmuş ilkin konseptual təklifə əsasən Yasamal Yaşayış Kompleksinin sakinlərinin rahatlığını və gündəlik alış-veriş tələblərini təmin etmək məqsədilə müasir standartlara uyğun inşa olunacaq ticarət mərkəzinin ümumi sahəsi təqribən 7000 m2 təşkil edəcək. İnşa olunacaq ticarət mərkəzi ərazisində “Bravo” supermarketinin (www.bravosupermarket.az), avtodayanacaqların, müxtəlif gündəlik tələbat malları mağazalarının, həmçinin kafe və restoranların, uşaqlar üçün əyləncə zonalarının və digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Təqdim olunmuş investisiya təklifinə əsasən ticarət mərkəzinin 2019-cu ilin dördüncü rübündə istifadəyə verilməsi planlaşdırılır.

“PMD Group” MMC Agentliyin Yasamal Yaşayış Kompleksi adlı ilk layihəsinə MİDA tərəfindən cəlb olunmuş artıq 3-cü özəl investordur. Xatırladaq ki, yaşayış kompleksinin ərazisində bina tikintisi və müvafiq telekommunikasiya infrastrukturunun yaradılması üçün MİDA tərəfindən daha öncə cəlb olunmuş ilk 2 investor tərəfindən ümumilikdə 11 milyon manat yatırım edilməsi nəzərdə tutulur.

Xəbər 1308 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +