Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


13.12.2017  12:06 

Bakıda sensasion hadisə - Bankomatlardan yarım milyon pul oğurladı





A+  A-

Bir neçə gün əvvəl Bakıda bankomatdan külli miqdarda pul oğurlayan şəxsin digər cinayətləri üzə çıxıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Axundov küçəsində quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayan İmişli rayon sakini, 31 yaşlı Orxan Əhmədovun bir neçə banka məxsus bankomatlardan yüz min manatlarla pulu ələ keçirdiyi üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, Orxan Əhmədov başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdiyi və pulla dolu olan bankomatları hədəf seçib. O, pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edirmiş və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçirirmiş.

Məlum olub ki, Orxan Əhmədov keçən ilin iyulunda Biləsuvarda məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbədə Cəbrayıl rayon Telekommunikasiya Qovşağının həyətində yerləşən bankomatı gecə saatlarında qaynaq aparatı ilə kəsib. O, bankomatdakı 147 min manat pulu oğurlayıb. Hadisənin sabahı günü yerli sakinlər pensiya və müavinətləri almaq üçün yaxınlaşdıqda, bankomatda pulun olmadığını görüblər.

Bundan başqa Orxan Əhmədov keçən ilin avqustunda Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Rəsulzadə küçəsindəki bankomatı da gecə saatlarında eyni üsulla doğrayıb. O, bankomata yerləşdirilmiş 43270 manatı götürərək aradan çıxıb.

Onun növbəti hədəfi isə Salyan rayonu Sarvan kəndindəki bankomat olub. Keçən ilin sentyabrında gecə saatlarında qeyri-qanuni yolla kənddəki poçt şöbəsinə daxil olan Orxan banklardan birinin bankomata yerləşdirdiyi 155 min 556 manatı xüsusi yollarla çıxardıb. O, gizli şəkildə kəndi tərk edib.

İz itirmək üçün oğurluq etdiyi rayona bir də qayıtmayan Orxan növbəti dəfə Ucara gedib. O, keçən ilin dekabrında Ucarın Qazıqumlaq kəndində icra nümayəndəliyinin həyətində quraşdırılmış bankomatı da qaynaq aparatı ilə doğrayıb və oradan 10591 manat götürərək aradan çıxıb.

Araşdırmalar zamanı o da məlum olub ki, Orxan Əhmədovun uğursuz oğurluq cəhdi də olub. O, Biləcəridəki dəmiryolu xəstəxanasının həyətindəki bankomatı doğramaq istəyərkən, kiminsə yaxınlaşdığını görüb və oradan qaçıb. Son olaraq Bakının Xətai rayonunda bankomatı kəsərək 40 min manat çıxaran şəxs kamera görüntüləri və digər vasitələr vasitəsi ilə müəyyənləşdirilərək yaxalanıb.

O da məlum olub ki, Orxan Əhmədov əvvəllər məhkumluq həyat yaşayıb və oğurluq hadisələrini törədərkən iz qoymurmuş. Onun son vaxtlar varlanması, özünə yaxşı həyat şəraiti qurması bir çox insanlarda şübhə yaradıbmış.

Araşdırmalar davam etdirilir.

Xəbər 1194 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +