Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.12.2017  10:16 

Banklarda əmanətlər AZALIB





A+  A-

Bu il kommersiya banklarındakı əmanətlərin həcmi 7 milyard 747 milyon manatdan 7 milyard 22 milyon manatadək azalıb.
Bu isə o deməkdir ki, bu müddətdə banklardakı əmanətlərin həcmi 725 milyon manat azalıb.
Bu barədə XəzərNews.az-a iqtisadçı Vüqar Bayramov bildirib.

Ekspert qeyd edib ki, mövcud əmanətlərin 1 milyard 982 milyon manatı milli, 5 milyard 40 milyon manat isə xarici valyutada saxlanılır:

“Deməli, əmanətlərin 70 faizindən çoxu xarici valyutadadır. Əmanətlərin həcminin azalması ilə yanaşı diqqəti çəkən digər məqam depozit faizlərinin aşağı düşməsidir. Əgər əvvəllər əksər banklarda manat üzrə depozitlərə 15, dollardakı vəsaitə 3 faiz təklif olunurdusa indi bu göstərici, milli valyuta üzrə əksər banklarda 10 faizdən aşağı, xarici valyutada isə orta hesabla 1 faizdir.

Sual yaranır: əgər depozit məbləğləri azalırsa niyə banklar faizlər aşağı salmaqda davam edirlər?Bankların depozit faizlərini aşağı salması əmanətlərin yerləşdirilməsi ilə bağlı çətinliklərin olması ilə bağlıdır. Yəni, bankların əksəriyyəti depozit kimi cəlb etdiyi vəsaiti kredit formasında yerləşdirməkdə çətinlik çəkirlər”.

Ekspert qeyd edib ki, bu, kreditlər üzrə şərtlərin sərtləşdirilməsi ilə yanaşı, hələ də kredit bazarında riskin yüksək olması ilə əlaqədardır:

“Rəsmi statistikaya əsasən, bu il bankların kredit portfeli 16 milyard 705 milyon manatdan 12 milyard 437 milyon manatadək azalıb. Bu isə o deməkdir ki, kredit portfelində azalma hətta depozit həcmi ilə müqayisədə daha qabarıq özünü göstərməkdədir. Nəticədə, banklar cəlb etdikləri vəsaiti iqtisadiyyata yönəltməkdə çətinlik çəkdikləri üçün depozit faizlərini aşağı salmaqda davam edirlər.

Təəssüf ki, depozit faizlərinin aşağı salınmasına baxmayaraq,Azərbaycanda kredit faizləri yüksək olaraq qalmaqdadır. Bununla yanaşı, güman olunur ki, depozit faizlərində azalmalar davam edəcək”.

Xəbər 757 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +