İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


25.11.2017  12:09 

Azərbaycanda üzən məzənnə MÜƏMMASI





A+  A-

İstər idarə olunan, istər üzən məzənnə - bu iki məzənnənin hər birinin üstünlükləri və çatışmazlıqları var. Fiksə olunmuş məzənnənin mühüm üstünlüklərindən biri də odur ki, valyuta bazarını proqnozlaşdırmaq mümkün olur. Üzən məzənnə rejimində isə bazara çıxarılacaq valyutanın həcmi öncədən məlum olmamalıdır.
Azərbaycanda hazırda üzən məzənnə rejimi fəaliyyət göstərir ki, bu valyuta bazarında formalaşan məzənnə valyutaya tələb və təklif amilləri əsasında formalaşır.

İqtisadç Natiq Cəfərli XəzərNews.az-a açıqlamasında bildirib ki, neçə vacib atribut yerinə yetirilmədən manatın kursunu üzən məzənnə adlandırmaq olmaz.

“Azərbaycanda üzən məzənnə fəaliyyət göstərmir. Birincisi, Mərkəzi Bankın hərracları keçiriləndə 30 bank var ki, mütəmadi olaraq bu hərraclarda iştirak edib dollar alırlar. Yəni alanların sayı ilə, satanın sayı bəllidirsə, bu üzən məzənnə hesab edilə bilməz. İkinci şərt ondan ibarətdir ki, üzən məzənnə rejimində bazara çıxarılacaq valyutanın həcmi öncədən məlum olmamalıdır. Azərbaycanda isə bu məlumdur, hər 2-ci və 4 cü günlər hərraclarda Mərkəzi Bank vasitəsilə Neft Fondu, adətən, 40 milyon, bəzi hallarda isə 70 milyon vəsait çıxardır. Orta hesabla 40-70 milyon arası vəsait çıxarılır, yəni bu öncədən bilinir. Üzən məzənnə rejimində bu mümkün deyil. Üçüncü və ən vacib şərtlərdən biri isə ondan ibarətdir ki, üzən məzənnə rejimində onlayn şəraitdə valyutanın məzənnəsi saniyəbəsaniyə müəyyənləşdirilməlidir. Bu təcrübə Rusiya, Qazaxıstan və Türkiyədə də belədir. Türkiyədə gün ərzində lirənin dəyəri gah qalxır, gah düşür və hər saniyə bunu onlayn platformalarda izləmək imkanları var. Azərbaycanda bu şərait də yoxdur. Valyutlararası birja fəaliyyət göstərmir.”

Ekspertin sözlərinə görə, Azərbaycanda Mərkəzi Bankın və hökumətin öncədən planlaşdırdığı şəkildə məzənnənin müəyyən edilməsi siyasəti aparılır.

“Qısacası, vacib atributların və təməlin olmaması indiki şəraitdə üzən məzənnə rejiminə tam keçidin mümkün olmamasına dəlalət edir. Ona görə də, məhz bu yolla uzun müddətdir ki manatın məzənnəsini , əz azından, dollara qarşı sabit saxlamaq mümkün olub. Manat avroya qarşı ilin əvvəllərindən bu yana təqribən 15% dəyərdən düşsə də, dollara qarşı sabitlik məhz bu inzibati nəzarət mexanizmləri vasitəsilə təmin edilir.”

Hazırda Azərbaycana ən çox maliyyə gətirən şirkətlər Azərbaycan Beynəlxalq Əməliyyat və SOCAR-dır . Ümumiyyətlə enerji şirkətləri Azərbaycana ən çox valyuta gətirən və ən çox vergi verən şirkətlər hesab olunur”.

N.Cəfərli qeyd edib ki, təəssüf ki çoxşaxəli modelə keçid hələki mümkün olmayıb.

“Məsələn enerji daşıyıcısı olan şirkətlərdən gələn gəlirlə, kənd təsərrüfatı şirkətlərinin və yaxud da ümumilikdə bütün kənd təsərrüfatının gətirdiyi gəlir arasında təqribən 10 dəfəyə yaxın fərq var. Bu da onu göstərir ki, enerji şirkətlərinin ölkə iqtisadiyyatındakı rolu azalmayıb və hegemon rol oynamağa davam edir.

Son bir ildə Azərbaycanda neft qiymətlərində, 2015 və 2016-ci ilin əvvələrinə nəzərən 30% artım müşahidə olunub. Bu da ölkəyə gələn valyutaların həcminə təsir göstərib”.

Xəbər 1210 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  10:51 

Antoni Blinken Kiyevə gedib

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +