Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.11.2017  14:08 

Bakıda 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər





A+  A-

Azərbaycanda həkim səhvi, qeyri-peşəkarlığı nəticəsində gənc oğlan ağır bəlaya düçar olub.
XəzərNews.az Medicina.az-a istinadən xəbər verir ki, 17 yaşlı oğlan cinsiyyət orqanının qüsuru, sidiyə normal getəməmə və sidik kisəsindən tüklərin çıxması ilə cərraha müraciət edib. Hipospadiyanın – anadangəlmə "peyğəmbər sünnəti”nin ən ağır forması ilə doğulmuş uşaq bu yaşına kimi 7 dəfə əməliyyat keçirib. Sonradan məlum olub ki, əməliyyatların hamısı səhv aparılıb. Uğursuz əməliyyatların nəticəsi dəhşətlidir: cinsiyyət orqanında ciddi qüsurlar, sidik kanalının tüklərlə dolması, xayaların ortasına açılan dəlikdən oturaraq sidiyə getməsi.

Xəstəni son dəfə müayinə edib, əməliyyata alan uzman cərrah Fuad Hüseynov Medicina.az-a bildirib ki, əvvəlki əməliyyatda başqa cərrah tüklü dəri hissədən sidik kanalı tikib: "Əslində isə sünnət dərisinin arxa hissəsindən- selikli qişasından istifadə olunmalıydı. Sidik kanalına uyğun olmayan dəri köçürdülüb və ortaya bərbad vəziyyət çıxıb. Bu xəstədə sünnət dərisi qalmadığı üçün, biz məcbur olub ağız boşluğunun selikli qişasından bir hissə köçürdük. Köçürdüyümüz dərinin tutma ehtimalı az olsa da, pasiyentin şansı var imiş. Dəri özünü tutdu və 6 ay sonra ikinci etap əməliyyat həyata keçirərək, digər qüsurlar düzəldiləcək”.

Həkim deyir ki, əgər ilk əməliyyatlar uğurlu olsaydı, bu qədər fiziki və psixoloji problem yaranmazdı: "Hətta heç əməliyyat olunmasaydı, daha yaxşı olardı. Əgər xəstənin problemi bu əməliyyatla həll olunmasaydı, ömür boyu oturaraq sidiyə gedəcəkdi, gələcəkdə cinsi əlaqəyə girməyi mümkün olmayacaqdı. Bunun nəticəsi isə sonsuzluqdur.

Valideynlərə demək istərdik ki, oğlan uşaqlarında belə problemlər olanda peşəkar və ixtisaslaşmış uşaq cərrahına müraciət etsinlər. Çünki ümumi cərrahlar əməliyyatlarla vəziyyəti daha da qəlizləşdirə bilərlər. Uşaq sidik və cinsiyyət üzvlərinin əməliyyat texnikası, vasitələri, hətta sapları belə fərqlidir”.

Xəbər 1387 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +