Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


03.11.2017  12:48 

Marşrut avtobusunda dava- Sərnişini təhqir etdilər





A+  A-

Bu gün səhər sərnişin avtobusunda qalmaqal yaşanıb.
XəzərNews.az Avropa.info-ya istinadən xəbər verir ki, səhər təxminən 08:20-də “Riyad” Ticarət Mərkəzinin qarşısından 20 Yanvar istiqamətində hərəkət edən 199 saylı avtobusun sürücüsü sərnişini təhqir edib.
10 TG 479 dövlət nömrə, 11028 eyniləşdirmə nişanı olan avtobusun sürücüsü əvvəlcə nə iləsə bağlı sərnişinə iradını bildirdi. Sürücünün iradı ilə razılaşmayan sərnişinlə avtobusun sürücüsü arasında mübahisə başladı. Bu mübahisə daha da qızışıraq, sürücünün sərnişini küçə söyüşləri ilə təhqir etməsiylə davam elədi. Avtobusdakı sərnişinlər nə qədər irad bildirsələr də, sürücünü sakitləşdirmək mümkün olmadı. Sürücü getdikcə qızışaraq, sərnişini hədələrə keçdi. Hiddətlənmiş sürücü Bakı-Sumqayıt yolunda “Rahat” marketin yaxınlığında keçidə yaxınlaşarkən qəfil əyləcə basıb, hərəkət edən avtobusda sərnişinlərin həyatını təhlükəyə atdı. Bir-birilərinin üzərinə yıxılan sərnişinlər avtobusun damını döyəcləyərək, sürücünü güclə sakitləşdirə bildilər. Avtobusdakı qadınlar və uşaqlar sürücünün bu ağlasığmaz hərəkəti zamanı vahimə yaşadılar.
Qeyd edək ki, 199 saylı avtobusda xoşagəlməz vəziyyət tez-tez yaşanır. Dünən təxminən 18:30-dan sonra Yaşıl bazardan Abşeron gənclər şəhərciyinə doğru hərəkət edən bu marşrtun sürücüsü “Çanaqqala” restoranının yaxınlığındakı dayanacaqda avtobusu saxlasa da, qapıları açmadı. Avtobusa minmək istəyən sərnişinlər nə qədər qışqırsalar belə, sürücü inadından dönmək istəmirdi. İçəridəki sərnişinlərin etirazından sonra qapını açan sürücü çox qəribə bir açıqlama verdi: “Qapını açıram, minirlər adamlar. Arxadan gələn avtobusa minsinlər”.
Keçmiş Ayna Sultanava heykəlinin yaxınlığındakı dayanacaqda saxlamaq istəməyən sürücüyə etiraz edən sərnişinə cavab daha anormal oldu: “Dayanacaqda saxlamağa ixtiyarım yoxdur”.
Bu biabırçılıq yolboyu davam elədi. 3-cü mikrorayon dairəsindən 20 Yanvara hərəkət etməli avtobus, marşrutdan çıxaraq, “Şamaxinka” istiqaməti ilə hərəkət etdi. Bu dəfə də 20 Yanvarda düşməli olan sərnişinlər etiraz etsələr də, sürücü bu etiraza məhəl qoymadı. Masazır körpüsünün yaxınlığında avtobusun arxa qapısının şüşəsi qırılıb, töküldü. Sürücü heç nə olmamış kimi yoluna davam elədi.
Bu avtobus sürücülərinin marşrutdan çıxma hallarına tez-tez rast gəlinir. Bir müddət öncə 20 Yanvar dairəsinə “kəsə yolla” girib, ondan əvvəl dayanacağa çatacaq həmkarını qabaqlamaq istəyən avtobus bir minik avtomobili ilə toqquşmuşdu.
Qeyd edək ki, 199 saylı avtobusda hərəkət edən sərnişinlər hər axşam pik saatlarda problemlər yaşayırlar. 20 Yanvar ərazisində basabasla gələn avtobusa sərnişinlər minə bilmirlər, dolu avtobuslar bəzən bu dayanacda dayanmadan keçir. 20 Yanvardan Abşeron gənclər şəhərciyi istiqamətində vaxtilə işləyən 200 saylı avtobus marşrutu naməlum səbəblərdən ləğv edildiyindən sərnişinlər hər gün min bir əziyyətlə evlərinə getməli olurlar.
Abşeron gənclər şəhərciyində təxminən 13 min sakin yaşayır. Bu sayın üzərinə Masazır qəsəbəsi və Xırdalan şəhərinin Bakı-Sumqayıt yoluna yaxın yaşayan əhalinin 199 saylı avtobusdan istifadə edən sərnişinlərini də əlavə etsək, problemin nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil.

Xəbər 1459 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +